vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
23:13 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 3216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əhali görünüşünə aldanır»

Xaricdən gələn üzümlərə aldanmayın

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftin qiymətinin aşağı düşməsindən sonra əsas diqqət qeyri-neft sahəsinə, xüsusilə də kənd təsərrüfatına yönəlib. Kənd təsərrüfatının bir çox sahəsində inkişaf üçün addımlar atılır. Üzümçülük də kənd təsərrüfatının önəmli sahələrindəndir. Bir müddət bu geriləmə müşahidə olunsa da artıq bu sahənin inkişafı istiqamətində addımlar atılır. Bəs görəsən üzümçülüyün inkişafı üçün nələr edilir? Üzümümüzlə daxili və xarici bazarı təmin edə bilirikmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Tariyel Pənahov bildirib ki, üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramı var.

«Ölkədə 16500 hektar üzüm bağı var və bu il 150-160 min ton üzüm istehsalı gözlənilir. Bu gün a əsasən Fransadan, İtaliyadan, Almaniyadan, Ukraynadan, Rusiyadan, Türkiyədən üzüm sortları Azərbaycana idxal olunur. Azərbaycanın əsasən qərb bölgəsində- Gəncə, Qazaxda üzümçülük daha yüksək inkişaf edib. Amma bununla yanaşı cənubda Cəlilabad rayonu, şimal bölgəsində Siyəzən, Şabran ərazilərində yeni üzüm bağları qurulub. Şamaxı və İsmayıllı rayonlarında da üzüm bağları salınıb.

İnstitut direktorunun sözlərinə görə, xaricdən gələn üzüm xarici görünüşcə yaxşı olsa da, keyfiyyətcə Azərbaycan üzümünə çata bilməz: «Bizim yerli bazar və ixrac üçün də kifayət qədər üzümümüz var. Amma xaricdən də çox üzüm gətirilir. Əhali xaricdən gələn üzümlərin xarici görünüşünə aldanırlar, əslində, bizim yerli üzümlərimizin keyfiyyəti daha yaxşıdır. Ona görə daha çox çalışmaq lazımdır ki, yerli üzümdən istifadə olunsun. Üzümün əsas hissəsi emala gedir, şərab istehsalına yönəldilir. Üzüm təzə halda da çox istifadə edilir».

O bildirib ki, Azərbaycan üzümünə xarici bazarlarda maraq çoxdur: «Bu istiqamətlərdə də xeyli addımlar atılıb. Bir çox yerdə soyuducular quraşdırılıb. Yığılan məhsulun bir hissəsi soyuduculara qoyulur, məhsul bir ay qaldıqda daha çox gəlir gətirir. Təzə halda olan Azərbaycan üzümünə ən çox şimal qonşumuz olan Rusiya maraq göstərir.

Məhsuldarlığı artırmaq üçün bazar məsələlərinə daha ciddi fikir verilməlidir, yerli sortların istehsal həcmi artırılmalıdır. Bundan başqa ölkə prezidentinin də göstərişi olub ki, sahibkarlar daxili yeni bazardan başqa yeni bazarlar axtarsınlar. Üzüm istehsalçıları ilə bağlı yeni müqavilələr bağlayıb məhsulun dəyərinin müəyyən faizini ödənilməsi, aşağı faizlə kreditlərin ayrılması üzümçülüyün inkişafı üçün stimul ola bilər. Üzüm istehsalçılarına yüksək faizli kreditlər sərf etmir.

Bu uzun çəkən prosesdir. Bu avtomobil deyil ki, alıb gətirdin 3 gün müddətində satasan. Üzümçülüyə aylarla, illərlə vaxt ayırmaq lazımdır. Ona verilən faizlə üzüm, şərab istehsalçısına verilən faiz arasında fərq olmalıdır. Eyni zamanda xarici ölkələr ilə müəyyən kontraktların bağlanması, öncədən qabaqlayıcı tədbirlərin həyata keçilməsi də vacibdir».