vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
13:27 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 2357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərbi təşvişə salan «Qərb-2017»

«Əgər Rusiya hərbi aqressiyaya əl atsa bu, Azərbaycan və digərlərini də əhatə edəcək...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ordusunun Belarusla birlikdə bir neçə gün sonra başlatmağa hazırlaşdığı «Qərb-2017» irimiqyaslı hərbi təlimləri Qərbdə, o cümlədən Moskvanın qonşularında narahatlıqla izlənilir.

Virtualaz.org xəbər verir ki, Qərbdə bu təlimlərin Baltik respublikalarına və Polşaya hücumun məşqi olduğunu deyənlər var. Baltik respublikaları «Qərb-2017» təlimləri ilə bağlı ciddi təşviş keçirirlər, NATO bildirir ki, Rusiya qərb müşahidəçilərinə təlimləri izləməyə icazə verməyib. Gözlənilir ki, təlimlərə 100 minlik kontingent qatılacaq. Bu, soyuq müharibənin başa çatmasından bəri ən irimiqyaslı hərbi manevrlər olmalıdır.

Əlbətdə, Ukraynada da «Qərb-2017» təlimlərini narahatlıqla izləyirlər və hesab edirlər ki, bu manevrlər Kiyev üçün ciddi problem olacaq. Ordu, tərksilah və konversiya araşdırmaları Mərkəzinin direktoru Valentin Badrak hesab edir ki, Rusiyanın bu təlimlərdə əsas kozır kartı böyük hərbi kontingentin qısa zamanda böyük məsafələrdə hərəkəti, qoşunların sürətli yerdəyişməsi və hərbi birləşmələrin mobilliyidir. «Rusiya Baş qərargahında hesab edirlər ki, Ukrayna məhz rus qoşunlarının çevik yerdəyişməsi qarşısında aciz qalacaq», - ekspert bildirir.

Valentin Badrak qeyd edir ki, əgər Rusiya hərbi aqressiyaya əl atmağa qərar versə bura Belarus, Gürcüstan, Azərbaycan, o cümlədən KTMT blokunun üzvləri də cəlb olunacaq. Hadisələrin bu cür inkişafı isə Rusiya üçün böyük nailiyyət olardı, çünki o, antiqərb hərbi koalisiyası yarada biləcək.