vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
22:44 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 2082 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur»

Urmiyalı millət vəkilləri kürd kökənli vali təyinatı ilə bağlı prezidentə müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İran rejimi Qərbi Azərbaycan Əyalətində azərbaycanlı vəzifəli şəxslərin yerinə kürdləri gətirməklə bölgənin kürdləşdirilməsi prosesini sürətləndirməyə çalışır.

Bu istiqamətdə ötən ay Azərbaycanın demokratik və milli hüquqlarını müdafiə edən Qərbi Azərbaycan Valiliyinin İctimai-Mədəni Bölümünü rəisi doktor Huşəng Ətapur və Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu tutduğu vəzifələrindən uzaqlaşdırıldı. İndi isə sıra Qərbi Azərbaycanın vali postuna çatıb. Rejim əslən İlam kürdlərindən olan Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etməklə əyaləti Kürdistan kimi göstərmək və bölgə əhalisinə psixoloji təsir etmək niyyətindədir. Lakin azərbaycanlıların rejimin bu planına qarşı etirazları günü-gündən artır.

Son məlumata görə, Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri İnstagram səhifəsində paylaşdığı məlumatda F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu, bu barədə prezident Həsən Ruhaniyə məktubla müraciət etdiyini yazıb.

Millət vəkili həmçinin elan edib ki, o Prezident Administrasiyasının rəisi Dr. Vaezi, Həsən Ruhaninin seçki qərargahlarının rəisi və Ticarət, Mədən və Sənaye naziri Dr. Şəriətmədari, İran Daxili İşlər nazirilin parlament işləri üzrə müavini Dr. Samani və prezident müavini və Ətraf Mühit Təşkilatının rəisi Dr. Kəlantəri ilə telefon əlaqəsi saxlayaraq sözügedən təyinata qarşı olduğunu, bu istiqamətdə olan cəhdlərin düzgün olmadığını deyib.

F.Hümməti İlam kürdlərindəndir. O bundan öncə Tehran tərəfindən Qərbi Azərbaycan Teleradio Şirkətinin rəisi postuna təyin edilib. F.Hümməti rəsmi fəaliyyəti müddətində Mahabad kürd şəbəkəsinin gücləndirilməsi istiqamətində xüsusi addımlar atıb, onlara müxtəlif yollarla yardım göstərib.

Xəbər verdiyimiz kimi, mövzu ilə bağlı Urmiyanın millət vəkili Ruhulla Həzrətpur da İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazıb. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.

Urmiyanın digər millət vəkili Nadir Qazipur da həmkarları ilə eyni mövqeyi paylaşır. «Mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur», - deyə o vurğulayıb.