vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
11:39 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2437 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizə gəlin»

Əhalisi yaşlaşan İtaliya adasından miqrantlara çağırış

MÖVZU İLƏ ƏLAQƏLİ

İmmiqrasiya əleyhinə əhval-ruhiyyənin yayıldığı bir vaxtda, İtaliyanın Ventotene adasının hakimiyyəti «bizə gəl»in çağırışı ilə qaçqınlara üz tutur. Ada Neapol yaxınlığında yerləşir. Qış mövsümündə burada təxminən 200 sakin qalır, yazda isə turist axını müşahidə olunur. Əhalinin əksəriyyəti yaşlıdır.

Yerli bələdiyyə başçısı qapıları qaçqınların üzünə açmaqla əhalinin yaşlanmasına görə adanın sakinsiz qalmaq təhlükəsini sovuşdurmaq istəyir.

Bu il məktəbin ibtidai siniflərində 8 - daha yuxarı siniflərdə isə cəmi 2 şagird olub.

Həftə içində bələdiyyə başçısı Cerardo Santomuro (Gerardo Santomauro) verdiyi bir şərhdə deyib ki, «məktəb ilini başlamağı planlaşdırırıq amma orta məktəbimizin açılacağını bilmirik».

Santomuro adanın daha da boşalmasının qarşısını almaq üçün hökumətə müraciətində İtaliyada sığınacaq istəyən uşaqlı ailələri Ventoteneye göndərməyi təklif edir.

Santomuro hesab edir ki, bu, Ventoteneni canlandıra bilər. Eynilə bu, miqrasiya müzakirələrinin yaşandığı Avropaya nümunə ola bilər, bələdiyyə başçısı hesab edir.

«Miqrant ailələri və yetimlərə qucaq açmaq, bizim üçün xarici dünyaya özümüzü açmaq deməkdir... Bununla biz Avropada nümunə ola bilərik».

Bələdiyyə Məclisinin təklifi Şəhər Şurasında müzakirə edildikdən sonra həyata keçirilə bilər.

Ötən il İtaliyada nəşr olunan bir hesabatda göstərilir ki, təxminən 8 min kənd və qəsəbənin üçdə birində əhalinin yaşlanması müşahidə olunur.

Bu kəndlərdən əhalinin başqa yerlərə köçü onların tam boşalmasına səbəb ola bilər.

Hesabatı Leqambint (Legambiente) Birliyi hazırlayıb.

Sənəddə yaşayış məntqələrinin sakinsiz qalmasını önləmək üçün miqrant qəbul etmək tövsiyə olunur.