vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
13:10 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 2568 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident vertolyotunun küləyi...

... aeroportun rəisini öldürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Tacikistanın Xoroq şəhərinin aeroportunun rəisi Dildor Maksudşoyev prezident İmomali Rahmonu yola salarkən həlak olub.

Virtualaz.org «Azadlıq» radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, Rahmon Dağlıq-Bədəxşan muxtar vilayətinə səfərini başa vurarkən Darvazsk rayonunun Yaxçı Sor kəndinə baş çəkib. Prezident kəndə baş çəkdikdən sonra vertolyota əyləşib. Prezident vertolyotunun işləyən pərlərinin yaratdığı külək yaxınlıqda dayanan Maksudşoyevi havaya qaldırıb və yaxınlıqdakı qayaya çırpıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

«Aerport rəisi havaya qalxmağa başlayan vertolyotun yaxınlığında dayanmışdı. Vertolyotun pərlərinin yaratdığı güclü külək yerə sərilmiş və Maksudşoyevin üzərində dayandığı xalçanı bükdü, küləyin gücünə dayanmayan xalça aeroport rəisi ilə birlikdə havaya qalxdı və yaxınlıqdakı iri daşa çırpıldı», - hadisənin şahidləri bildiriblər.

Aepoport rəisi prezidenti Darvazsk rayonuna səfərdə müşaiyət edən və qarşılayan məmurların arasında olub. İmomali Rahmon həmin kəndə daşqınların nəticələrindən əziyyət çəkmiş sakinlərlə görüşmək üçün getmişdi.

İnsidentə baxmayaraq prezidentin vertolyotu havaya qalxıb və İmomali Rahmon Daşkəndə yola düşüb. Onun aeroport rəisinin ölümünə hansı reaksiyanı verdiyi məlum deyil.