Bakıda bağçaya qəbul niyə müşkülə çevrilir?
Hər yerdə vəziyyət demək olar ki, eynidir
Günel MANAFLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
130 məktəb, 125 uşaq bağçası ...
Təhsil müəssisələrində istilik problemi
-
900 şagirdin təhsil aldığı ocaq
268 saylı xüsusi məktəbdə Birinci vitse-prezidentə xüsusi hədiyyə
-
Mehriban Əliyeva balaca Ömərlə rəsm çəkdi
Birinci vitse-prezident Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub
-
Birinci vitse-prezident 1 saylı körpələr evində
Mehriban Əliyeva kimsəsiz uşaqları yaddan çıxarmır
-
6 saylıda 7 qrup olacaq
Birinci vitse-prezident uşaqlar üçün hədiyyənin - daha bir müasir bağçanın açılışını etdi
-
“Bağçalar Təhsil Nazirliyinə qaytarılsın”
Elmira Süleymanova icra başçılarını “vurdu”
-
Uşaqların böyük, böyüklərin uşaq dərdi...
Lerikin problemini kim və nə vaxt həll edəcək?
-
Bakıda hər an uça biləcək uşaq bağçası
Həm qaçqınlar yaşayır, həm körpələr...
-
Bağça uşaqlarına namaz təbliğ edilir
Məqsəd nədir?
-
Nazir qanunsuz tikililərdən danışdı
«Ərazilərinin zəbt olunması infrastrukturu genişləndirilməyə mane olur»
-
Nazir kamera ilə izləyəcək
Mikayıl Cabbarov uşaq bağçalarına nəzarəti gücləndirir
-
«Hamı istəyir ki, dəyişiklik bir gündə baş versin»
«Yalanla, rüşvətlə, saxta sənədlə işə adam götürmək istəmirəm»
-
Prezident vergidən azad etdi
İlham Əliyev körpələr evi və uşaq bağçaları ilə bağlı sərəncam imzaladı
-
Bir sıra valideynlər övladlarını məktəbə qoymaq üçün elektron qeydiyyatdan keçsələr də, bir sıra çətinliklər yaşadıqlarını bildirilər. Belə ki, bir neçə məktəbdə direktorlar valideynlərə məktəbdə yer olmadığını və şagird sıxlığı yaşandığını bildiriblər.
Bu tendensiya yalnız məktəblərə aid deyil. Uşaq bağçalarında da vəziyyət demək olar ki, eynidir. Övladını bağçaya qoymaq istəyən valideynlər bağça tərəfindən «gərək bir il əvvəldən yazılardınız, yerimiz yoxdur» cavabları ilə üzləşirlər. Təbii ki, əgər siz tapşırılmısınızsa və ya direktora əlavə pul vermisinizsə, bu qərar dəyişə bilir. Əlbəttə ki, bunu bütün bağça və məktəblərə şamil etmək olmaz. Bu cür problemlərlə üzləşən valideynlər, xüsusən də çalışan valideynlər məcburiyyət qarşısında qalıb uşaqlarının pullu bağçalara qoyurlar. Buna imkanı çatmayanların isə uşaqları bağçaya gedə bilmir.
Maraqlıdır, niyə ölkəmizdə illərdir ki, uşağı bağçaya və məktəbə qoymaq müşkülə çevrilir? Bağça və məktəblər uşaqların sayı nəzərə alınaraq olmalı deyilmi?
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, heç kim valideynlərdən əlavə və əsassız vəsait tələb edə bilməz: «İlk növbədə qeyd etmək istəyirəm ki, Bakıda 2017/2018-ci dərs ili üçün birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə martın 15-dən başlanılmışdı. Təqdim olunmuş elektron xidmətlər vasitəsi ilə 15 martdan başlayan və 15 sentyabradək davam edən qeydiyyat prosesində valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçiblər. Xatırladım ki, bu il birinci sinfə 2017-ci il 15 sentyabradək 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu üzrə müsabiqədən uğurla keçmiş və 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə doğulmuş uşaqlar da birinci sinfə sənəd verə biliblər. Bu dövrdə doğulan uşaqlar əgər ödənişsiz məktəbəhazırlıq qrupunu bitiribsə, məktəblərə qəbulu müsabiqədənkənar olub. Məktəbəqədər təhsil və birinci sinfə qəbul zamanı direktorların əsassız tələblərini aradan qaldırmaq, vətəndaş məmur münasibətlərini tənzimləyən elektron xidmətlərin təşkilinə baxmayaraq bəzi məktəb rəhbərliyi hələdə özbaşına olaraq valideynlərdən pul yığır. Bunun bir adı var, təhsilə təhsilin inkişafına düşmən olmaq. Əgər valideynlər övladlarını rəsmi qeydiyyatdan keçiriblərsə və onların elektron müraciəti təsdiq olunubsa, deməli onların məktəbdə yerləri var. Heç kim onlardan əlavə və əsassız vəsait tələb edə bilməz. Təsdiq olunmuş ərizə sahiblərinə heç kim deyə bilməz ki, yer yoxdur, sıxlıq var. Bu kimi hallar onu göstərir ki, hələ də vəzifəsinin öhdəsindən gələ bilməyən və tutduğu vəzifəyə layiq olmayan şəxslər məktəblərimizə rəhbərlik edir. Bütün valideynlərə müraciət edirəm ki, onlardan heç kim nəsə tələb edə bilməz. Onların mobil telefonlarına ərizələrinin təsdiq və övladlarının qəbul edilməsi ilə bağlı sms gəlibsə bu hüquqi sənəddir, deməli onların yeri məktəbdə hazırdır.
K.Əsədov bağçalara gəlincə isə mövcud bağçaların uşaqların sayından xeyli geri qaldığını dedi: «Sovet dövründə az qala bütün uşaqlar bağçaya qəbul olunurdular. Lakin indi bu məsələdə problem yaranıb. Mövcud bağçalar uşaqların sayından xeyli geri qalır. Düzdür, Dövlət Proqramları çərçivəsində son illərdə bir sıra yeni uşaq bağçaları tikilir, köhnələr təmir olunur. Amma hələ ki, bu tərbiyə ocaqları tələbatı qarşılaya bilmir. Öncəliklə qeyd etməliyəm ki, məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla bir başlanğıcdır. Hazırda Azərbaycanda 107 min 954 uşağın təhsil aldığı 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təəssüf ki, bağçaların Təhsil Nazirliyinə tabe olmaması bu müəssisələrdə həm kadr potensialının həmdə tədris vasitələrinin bərbad vəziyyətdə olması ilə nəticələnib. Bağçalarda övladlarını qeydiyyatdan keçirmək istəyən valideynlərə məlumat verilir ki, yer yoxdur, amma siz müdir ilə görüşəndən sonra mümkün olacaq. Bu yaxşı hal deyil. Onsuzda dövlət bağçalarında həm qidalanma, həmdə tədris bərbad vəziyyətdədir. Ona görə də, bağçalara da qeydiyyat elektron xidmətlər vasitəsi ilə həyata keçirilsə bu problemin həlli mümkündür».