vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
13:34 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 7533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soçidə biabırçılıq?!

Olimpiya media mərkəzinin tualetinə qoyulan qoşa unitaz bütün dünyada məsxərəyə qoyuldu

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Qoşa unitazlar
  • Qoşa unitazlar
  • Qoşa unitazlar
  • Qoşa unitazlar
  • Qoşa unitazlar
  • Qoşa unitazlar

Soçidə Olimpiya yarışlarının keçiriləcəyi Biatlon Mərkəzində qoşa unitazlı ayaqyolunun şəkili sosial şəbəkədə fırtına yaradıb. BBC-nin Twitter hesabında nümayiş olunan qəribə ayaqyolu şəkili daha sonra Rusiyanın ana müxalifət lideri Aleksey Navalnı və yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

Virtual aləmdə «Olimpiya Biatlon Mərkəzindəki kişi ayaqyolunda rast gəldiyim qoşa unitaz» adıyla bir anda məşhurlaşan şəkil təəccüb və məsxərəyə səbəb olub. Həmin fotonu həmçinin bu yaxınlarda qızğın müzakirə edilən gey haqları ilə bağlayıblar. Rus müxalifətçilərinin lideri Navalnı qeyd edib ki, 2014-cü ilin fevralında Soçidə keçiriləcək Qış Olimpiadası üçün büdcədən ayrıldığı deyilən 1,700 milyard rublun (50 mlrd. dollar) necə xərcləndiyi ilə maraqlanıb. Fotonu retweet edən cənab Navalnı istehza ilə «bu 1.5 mlrd rublluq (45 mln. dollar) Soçi Olimpiadasının Biatlon Media Mərkəzindəki kişi tualetidir» deyib.
Başqa bir bloqda isə yazılıb: «Bu iki unitazlı tualet - 28,000 rubla (825 dollar) başa gəlib. Olimpiya oyunlarının media mərkəzinə - 1.5 mlrd rubl (45mln. dollar) xərclənilib. Bütün bunların fonunda pərtlik ölçüyə gəlməzdir». Bu fotoyla bağlı bir çox şərhlərdə korrupsiya faktları ilə əlaqədar oyunlarının boykot edilməsi çağırışları səsləndirilib. Bu fotonun müdafiə edən rəylərdə isə, Rusiyanın mübahisəli «gey təbliğatı» üzrə qanunlar qəbul olunduğu vurğulanıb. Bu tip tualetlərin də Olimpiadaya gələcək cinsi azlıqlar üçün nəzərdə tutulduğu qeyd olunub. «Bu onlar tərəfindən cinsi azlıqların ehtiyaclarının necə başa düşüldüyünü göstərir» - twitlərin birində deyilir.
Təqribən iki il əvvəl istismara verilmiş Biatlon Mərkəzinin xərcləri Rusiyanın Qazprom şirkəti tərəfindən maliyyələşdirilib. O vaxtlar şirkətinin nümayəndəsi yeni tikilən mərkəzi “dünya boyu bu qəbildən obyektlər arasında ən böyük və rahat bina» kimi dəyərləndirmişdi.
Jurnalist Nikita Lixaçov öz bloqunda bildirir ki, Rusiyanın Avropa hissəsində qoşa ayaqyoluna nadir halda rast gəlmək olsa da, o tamamilə yad deyil. Blogger daha sonra qoşa unitaz və ya kabinəsiz tualetlərin Avropa ölkələrində o qədər də sensasiya olmadığını qeyd edərək xeyli şəkillər paylaşıb.