«Azərbaycan strateji müttəfiqliyi məli işdə də sübut etdi»
Elin Süleymanov məşhur radio proqramının qonağı olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb.
Müsahibə zamanı səfir E.Süleymanov sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan «Əsrin müqaviləsi» nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğulayıb. Fikrin davamı olaraq, səfir «Əsrin müqaviləsi» ilə neftdən gələn gəlirlər hesabına Azərbaycanın bu gün ölkə və regionda böyük infrastruktur layihələri həyata keçirdiyini və bunun artıq öz bəhrəsini verdiyini söyləyib.
Həmçinin səfir veriliş zamanı Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən həftə İsrailə səfərindən bəhs edib, bunun iki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsi və praktik əməkdaşlığın təşviqi baxımından vacibliyini söyləyib. Səfər çərçivəsində onun İsrail həmkarı ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşünün həm də özlüyündə rəmzi məna daşıdığı bildirilib. «Azərbaycanın bu tarixi səfərlə bir daha İsrail ilə olan strateji müttəfiqliyini tək sözdə deyil, həm də əməli işdə də göstərmiş olduğu qeyd edib», deyə səfir qeyd edib.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.