vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
19:00 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2539 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərzaninin referendumu ...

... və Türkiyənin mövqeyi barədə qeydlər

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə İraqın şimalındakı de-fakto kürd dövlətini son illər az qala öz əlləri ilə qurduğu halda, indi orada planlaşdırılan müstəqillik referendumuna etirazını bildirir. Türkiyə hazırda Quzey İraq muxtar bölgəsinin əsas tərəfdaşı və dəstəkçilərindən biridir. Bəzi rəqəmlərə və faktlara nəzər salaq:

1. İraq Almaniyadan sonra Türkiyənin 2 saylı ticarət tərəfdaşıdır. Türkiyə-İraq iqtisadi əməkdaşlığında əsas rolu məhz Bərzani bölgəsi oynayır. 2016-cı ildə ölkələr arasında qarşılıqlı ticarət həcmi 8,5 milyard dollar təşkil edib (neftin ucuzlaşmasından əvvəl – 2013-cü ildə bu miqdar 12 milyard idi) və ticarətdə əsas pay İraqın şimalına aiddir.

2. Quzey İraqda 1500-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir ki, bu da bölgədəki xarici şirkətlərin təxminən yarısı deməkdir. Türk şirkətləri bölgəyə (faktiki kürd dövlətinə) bir neçə milyard dollar sərmayə yatırıb, Ərbil hava limanı başda olmaqla, bir çox vacib infrastruktur layihəsini məhz türk iş adamları həyata keçirib. Ticarətin miqyasını təsəvvür etmək üçün qeyd edək ki, sərhəddəki Habur gömrük-keçid məntəqəsindən hər gün 3 mindən çox yük avtomobili keçir.

3. Türkiyə ilə Bərzani arasında strateji xarakterli əlaqələrdə enerji mühüm yer tutur. Kərkük neftini daşıyan boru xətti quzeydən keçərək Türkiyənin Yumurtalık limanına gedir və buradan ixrac olunur. Bir neçə il öncə İraq mərkəzi hökuməti ilə Bərzani arasında neft gəlirlərinin bölüşdürülməsi məsələsində münaqişə yarananda Türkiyə kimi dəstəkləmişdi? Məhz separatçı Bərzanini. Yəni Türkiyə hökuməti İraqın suverenlik hüququna zidd olaraq Bağdadla deyil, Ərbillə anlaşmağa üstünlük vermişdi. (Sonradan məsələ yoluna qoyulmuş kimi oldu, amma bu mövzuda narazılıqlar, mübahisələr yenə var.)

4. Quzey İraq təbii qazını Türkiyəyə və oradan Avropaya nəql etmək üçün boru kəmərinin inşa olunması gündəmdədir. Bu kəmərlə ildə 30 milyard kubmetr qazın nəqli nəzərdə tutulub və layihəyə Rusiya da ciddi maraq göstərir. (Müqayisə üçün: TANAP-la 16 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq.)

(Ümumiyyətlə, Türkiyənin regional enerji «hub»ı olmaq planlarında İraq istiqamətindən gələn və gəlməsi planlaşdırılan borular mühüm yer tutur.)

5. Türkiyə Bərzaninin ordusuna (peşmərgə) təlim keçən əsas ölkələrdən biridir. Yəni müstəqil dövlətin olmazsa olmaz atributu olan ordunun qurulmasında, başqa sözlə, Quzey İraqın müdafiəsinin gücləndirilməsində Türkiyə Bərzaniyə yaxından köməklik edib və edir. Hazırda İraqın şimalında məhdud sayda türk hərbi kontingenti dislokasiya olunub.

6. Türkiyənin Ərbildə diplomatik nümayəndəliyi – Baş Konsulluğu var.

Faktların sayını artırmaq olar.

Məntiqi sual yaranır: Türkiyə Məsud Bərzaninin həyat amalının müstəqil Kürdüstan olduğunu çox yaxşı bildiyi və son illər orada dövlət quruculuğu işlərinə özü fəal dəstək verdiyi halda, indi niyə müstəqillik referendumuna gözlənilməz, qeyri-adi, şok olay kimi reaksiya verir? Bunu nə dərəcədə səmimi və ciddi qəbul etmək olar?..

P.S. Bu yazıda Türkiyənin Bərzani ilə yaxın əməkdaşlıq qurmasının doğru və ya yanlış olmasından bəhs edilmir, o ayrı mövzudur.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)