vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
22:53 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 1176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək» toplantısı

Prezident İlham Əliyev Nyu-Yorkda yüksək səviyyəli tədbirdə iştirak edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında «BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək» adlı yüksək səviyyəli tədbir keçirilib. VAXT.AZ AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yüksək səviyyəli tədbirdə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ Prezidenti Donald Tramp qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. «Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq», - deyə A.Quterreş vurğulayıb.