vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:04 | 20 sentyabr 2017 | Çərşənbə Məqaləyə 1728 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəbuledilməzdir...»

Litva prezidentinin müşaviri Putinin niyyəti və Qarabağ haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putinin Donbassda təmas xətti boyu BMT sülhməramlılarının yerləşdirilməsi barədə təklifi qəbuledilməzdir və münaqişə ətrafında Qarabağda olduğu kimi status-kvo formalaşdırmağa hesablanıb. Virtualaz.org xəbər verir ki, bunu Litva prezidentinin xarici siyasət müşaviri Neriyus Alekseyunas bildirib.

«Qəbuledilməzdir ki, belə missiyanın Ukraynanın şərqində haradasa demarkasiya xətti boyu yerləşdirilməs təklif olunur. Başlıca məqsəd bundan ibarət olmalıdır ki, əgər BMT missiyası yaradılacaqsa sülhməramlılar Rusiya-Ukrayna sərhədi boyu yerləşdirilsin»-prezidentin müşaviri deyib.

Alekseyunasın fikrincə Avropa İttifaqı sülhməramlı qüvvələrinin Rusiya-Ukrayna sərhədi boyu yerləşdirilməsi münaqişənin nizamlanmasına kömək edərdi və Donbassa rus hərbçilərinin, silahlarının daxil olmasının qarşısını alardı. Təmas xətti boyu sülhməramlıların yerləşdirilməsi isə münaqişənin dondurulmasına xidmət edir.

«Biz izləyrik ki, aldatmasınlar, elə situasiya yaratmasınlar ki, hazırda biz bunu başqa regionlarda görürük. Hansı ki, münaqişə dondurulur, status-kvo legitimləşdirilir və daha sonra müəyyən qeyri-stabillik ocağı formalaşdırılır, Dağlıq Qarabağda və ya Dnestryanı bölgədə olduğu kimi»-Litva prezidentinin müşaviri əlavə edib.

Bu günlərdə Rusiya prezidenti Donbassda BMT sülhməramlılarının yerləşdirilməsinə çağırıb. Hazırda məsələ müzakirə olunur.