vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
13:55 | 22 sentyabr 2017 | Cümə Məqaləyə 2360 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ana dilim evdə qalmasın!» kampaniyası

12 Güney təşkilat və quruluşu birgə bəyanat yayımlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda keçən illərdə olduğu kimi bu il də məktəblərin açılışı ərəfəsində türk dilində təhsil tələbinə dair ənənəvi etiraz kampaniyaları təşkil olunmaqdadır.

Keçən günlərdə «Ana dilim evdə qalmasın!» şüarı altında təşkil olunmuş imza kampaniyası türklər və digər qeyri-fars cəmiyyətlərə mənsub 10 minlərlə ictimai xadim, yazar, mədəni fəal, tələbə və siyasətçinin dəstəyini qazanıb.

İmza kampaniyanın başlığı həmçinin müxtəlif etnik qruplara mənsub sosial media istifadəçilərinin də ortaq şüarı olub.

Urmiyədə fəaliyyət göstərən Yol Press internet portalının məlumatına görə, imza kampaniyasına yerli siyasətçilər, o cümlədən Urmiyə Şəhər Şurası üzvlərindən də dəstək gəlib.

Güney təşkilatları və siyasi qruplar da məktəblərin açılışı ilə əlaqədar bəyanat yayıb.

12 siyasi quruluş və təşkilatın birgə bəyanatında «Güney Azərbaycan məktəblərində türk dilinin yasaqlanması ilə aparılan farslaşdırma siyasəti» mədəni qətliam kimi dəyərləndirilib.