vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AKTUAL  
19:26 | 22 sentyabr 2017 | Cümə Məqaləyə 2446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Söz prezident İlham Əliyevindir

Aprel müharibəsi təkrarlana bilər

Eynulla FƏTULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Bu, ikili standartdır»

Hətta BMT Baş Assambleyasının sessiyası zamanı prezidentin ailəsinə yönələn yeni hücumlar belə İlham Əliyevin Nyu–Yorkda dünya siyasi istebleşmentinin ən yüksək tribunasındakı uğuruna kölgə sala bilmədi. Əvvəlcə prezidentin ailəsinə hücumlardan başlayaq. Bu günlərdə bir sıra dünya və erməni KİV-lərinin səhifələri prezidentin qızı, İlham Əliyevi Azərbaycanın Birinci vitse-prezidenti ilə birlikdə müşaiyət edən Leyla Əliyevanın təbəssümü ilə doldu. Kərimlinin ətrafındakı qırğılar və digər «ayağı qaloşlular» dərhal sosial şəbəkələrdə həyasızcasına prezidenti bunda qınamağa başladılar ki, nəyə görə o, nümayəndə heyətinə xanımını və qızını da daxil edib.

Sual olunur, nəyə görə dünyanın ən demokratik və hüquqi dövləti, demokratiyanın beşiyi Amerikanın prezidenti Donald Tramp xanımı Melaniyanı və kürəkəni Jared Kuşneri nümayəndə heyətinə daxil edə bilər, İlham Əliyev isə bu etimadı Birinci xanıma və öz qızına göstərə bilməz? Bundan əlavə, Fransa prezidenti Emmanuel Makronun xanımı və keçmiş müəllimi Bricit də onu Nyu-Yorkda müşaiyət edirdi. Mehriban Əliyeva birinci vitse-prezident postunu tutur, Leyla Əliyeva isə sessiyada ailənin nümayəndəsi kimi iştirak edib. Belə çıxır ki, əgər ABŞ prezidenti və ya Fransa dövlət başçısı Baş Assambleyada ailə üzvləri ilə görünəndə bu diplomatik protokola uyğun olur, İlham Əliyevə gələndə isə monarxiyanın və mütləqiyyətin təntənəsi sayılır? Məntiqi ardıcıllıq harada qaldı? Tənqidçilərin istinad nöqtəsi haradadır? Aydın deyil.

Daha sonra prezidentin çıxışı zamanı onun qızı Leyla İlham Əliyevin fotosunu çəkməyə cəhd elədi. Lakin bunun əvəzində təsadüfən özünü çəkdi. Və Mehriban xanım da bunu ona pıçıldadı. Və burada nə var axı? Belə məlum olur ki, kiminsə kamerası məqsədli şəkildə Azərbaycan nümayəndə heyətinin oturduğu tribunaya tuşlanıbmış. Və bu ziyansız kadrlar dərhal «Meydan TV»nin efirinə çıxarıldı. Sonra nə baş verdi? O baş verdi ki, populistlər papaqlarını sevinclə göyə tullayıb hay-küy qaldırdılar:  baxın, prezident Qarabağ dərdindən danışır, Leyla Əliyeva isə gülümsəyir. Bu nə şeytanpərvərlikdir? Və bunu necə başa düşmək olar? İnsanın qəlbini ağrıdan belə hisslər yaranır ki, kimlərsə prezidentin ailə üzvlərini daim nəzarət, müşahidə altında saxlayır. İstər göz yaşları olsun, istər təbəssüm, yaxud hansısa mimika-bütün bunların hamısı qızğın və elə o dərəcədə absurd müzakirələrin, sarsaq ittihamların predmetinə çevrilir.

Lakin bu cür sarı mövzu BBC kimi dünya brendinin səhifələrinə də yol tapırsa o zaman belə qənaət hasil olur: prezidenti və ailəsini sancmaq üçün yeni cəhd, siyasi sifariş. Nəyə görə? Nə səbəbdən həmin kameralar ərinin nitqi zamanı gözləri yaşaran melanxolik Melaniyanı çəkmədi? Kimsə gülüməyib, kiminsə gözü yaşarıb, lakin bu ani insani hisslər ətrafında siyasi ehtiraslar və məkrli manipulyasiya yaratmaq nəyə lazımdır?

Bu suala isə prezident özü parlaq çıxışı ilə cavab verdi. İlham Əliyev dönməz iradəsi olan insan və siyasətçidir, güclü siyasi ruha malikdir. Onu sındırmaq, hansısa beynəlxalq təzyiqlərlə küncə sıxmaq mümkün deyil, prezident çətinliklərə, təhlükələrə baxmayaraq öz məqsədinə doğru inamla gedir. İlham Əliyev necə deyərlər «bərk qozdur», öz dəyərləri və idealları uğrunda son nəfəsə qədər döyüşməyə hazır olan siyasətçidir və insandır. Və onu dayandırmaq mümkün deyil!

BMT tribunasındakı çıxışında (!!!) prezident sözün əsl mənasında Qarabağın azad edilməsi üçün yeni hərbi əməliyyatlar başlatmağa hazır olduğunu açıq dedi. Prezidentin nitqində pafos, təhdid, bonopartizm deyil, reallığın sakit, ölçülüb-biçilmiş və düşünülmüş konstatasiyası səslənirdi. Prezidentin çıxışında Qarabağ dilemmasında heç bir güzəştdən, heç bir ağlasığmaz kompromislərdən deyil, yalnız tribunasından çıxış etdiyi BMT-nin iradəsinin yerinə yetirilməsindən, ədalətin təntənəsindən söhbət gedirdi. Təsəvvür edirsinizmi, dünya ictimaiyyəti qarşısında aprel müharibəsinin uğurlarını təkrar etməyə hazır olduğunu bəyan etmək nə deməkdir?!

Bunun üçün siyasətçi təkcə cəsur ürəyə, millətinin qələbəsi naminə öz rifahı da daxil olmaqla hər şeyi qurban verməyə hazır olmaq iradəsinə deyil, eyni zamanda yüksək siyasi məsuliyyətə də malik olmalıdır. Axı İlham Əliyev dünyanın ən güclüləri qarşısında çıxış edirdi!...

Bəs bu gün dünyanı yandırıb-qovuran hərbi perspektivin alternativi varmı? Əlbətdə var. Və Trampdan sonra İlham Əliyev BMT-də islahatlar aparılmasının zəruriliyi və tarixi qanunauyğunluğu haqda danışan siyasətçilərdən ikincisidir. Azərbaycan prezidenti bu islahatların yolunu da göstərdi, BMT Təhlükəsizlik Şurasının qərarlarının icrası üçün xüsusi mexanizm yaratmağa çağırdı. BMT-nin ali orqanının qərarları da Baş Assambleyanın qətnamələri kimi bir qayda olaraq icra edilmir, əgər həmin qərarlar dünya nəhənglərinin ümumi siyasi iradəsi və konsensusu ilə möhkəmləndirilməyibsə. Və Qarabağ məsələsi də BMT qətnamələrinin icrası üçün yeni qaydaların yaradılmalı olduğunu de-fakto təsdiq edən ciddi beynəlxalq problemlər sırasındadır. Belə qaydalar olmasa Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qətnamələri kanselyariya kağızı olmaqdan və deklorativ xarakter daşımaqdan o yana getməyəcək.

İlham Əliyev BMT qətnamələrinin icrası mexanizmini hazırlamağa çağırarkən nəyi nəzərdə tuturdu? Təcavüzkar ölkənin, işğalçının cəzalandırılmasını, ona qarşı sanksiyaların tətbiqini və problemin hərbi müdaxilə ilə həllini. Tutaq ki, despot Qəzzafiyə qarşı edildiyi kimi. Ona görə də İ.Əliyev Sərkisyanın feodal quruluşunun despotik xarakterini, hakimiyyəti qəsb etdiyini və erməni xalqının iradəsini boğub onu işğalçı rejimin ümumi düşərgəsinə qovub salmasını xüsusi vurğuladı.

İngilisdilli İlham Əliyevin çıxışından bir sutka əvvəl BMT tribunasından Baş Assambleya qarşısında Sərkisyan danışırdı, erməni dilində. Ermənistan prezidenti dünya istebleşmentinin qavraması baxımından hansısa yad, qəribə «Artsax» barədə erməni dilində bəhs etdi.

Ermənistan prezidentinin danışmağa heç başqa mövzusu da yox idi, onun boşalmaqda olan , kövrək çiyinlərinə qəzəbli, hər kəsi qapan regional  köpək rolunu yükləmiş kvazidövlətinin gündəmi ancaq Qarabağla və onun ətrafındakı talan edilmiş Azərbaycan rayonları ilə məhdudlaşır. Və dünyanın aparıcı oyunçularına aydın mesaj göndərən İlham Əliyev öz ölkəsinin uğurları haqda qürurla və təntənə ilə danışırdı. İqtisadiyyatın nailiyyətlərindən, çoxkonfessiyalılıqdan və çoxmillətlilikdən, gənc dövlət üçün misli görünməmiş, dünya miqyaslı idman yarışlarının təşkilindən...

Sərkisyan nifrət, şər püskürürdü, çox az adamın başa düşdüyü irreal «Artsax»la dramatik üçbucaqda ilişib qalmışdı, Türkiyəyə qarşı tarixi nifrətini büruzə verib real Azərbaycanla qanlı savaşdan danışırdı. İlham Əliyev isə BMT-də islahatlar , müharibə və sülh dualizmi, dövlətlərin tarixən formalaşması dialektikası barədə konseptual olaraq bəhs etdi. Heydər Əliyevin oğlu, regiona miqyaslı siyasətçi ilə kiçikkalibrli stepanakertli səhra komandiri arasında fərq bax bundadır.

Amerika istebleşmenti İlham Əliyevi xüsusi hörmətlə, iradəsindən stabilliyin və kövrək regional sabitliyin gələcəyinin asılı olduğu siyasətçini qarşılayan kimi qarşıladı. Hücumlar, bəd niyyətlər və alçaq cəhdlər isə bundan sonra da olacaq. Elə siyasətçiyə hücum edirlər ki, millətinin naminə xeyirxah müharibə pis sülhdən yaxşıdır kimi qədim Roma həqiqətini inkar edib öz niyyətləri barədə cəsarətlə bəyan edir!