«Qudam, ay qudam»
Məmur qohumluğunun təhlükəsi
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özü-özüylə dil tapa bilməyən qadın
Solo nikaha girdi, yola getməyib boşandı
-
Toy günü kabusa döndü
Məclisdəki 80 nəfər eyni anda yerə yıxılıb
-
Toylar daha sadələşib
Qızıl bazarında vəziyyət necədir?
-
Şadlıq saraylarında da bahalıq
Qiymətlər qaldırıldı
-
Əksər halda ailənin təzyiqi ilə olur
“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”
-
Elin tərəzisi ...
... Yaxud ölçünün və ölçmənin dəqiq meyarı...
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Müğənnilərin toy qiymətləri
Restoranlarla sövdələşmə daha ucuz başa gəlir
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
-
Simic, yoxsa nankor?
Nişan üzüyünü aldığın qiyməti açıqla, deyim necə adamsan...
-
Yük motoskileti ilə gəlin apardı
Türkiyəli bəylə azərbaycanlı gəlinin orijinal evliliyi
-
«Boşanmaq fəlakət deyil»
Psixoloq: «Diplomatik ailələr qurulmamalıdır»
-
Azalan evlilik, artan boşanma
Ailə institutunun dağılmasının qarşısını necə almalı?
-
Şadlıq saraylarının may kabusu başlayır
Restoran sahibləri bundan da çıxış yolu tapıblar
-
«Toy sifarişlərimiz azalıb»
«Boş ay» gəlir, Bakıdakı şadlıq evləri qan ağlayır
-
«Axı, sənə nə?»
Qız toyunun ayrıca keçirilməsinə söz ardı
Azərbaycanda yüksək postlar tutan məmurların bir-biriləri ilə qohum - quda olması artıq sanki bir ənənə halını alıb. Bu halda belə bri fikir hakim kəsilir ki, quda məmurlar tutduqları vəzifədə dayaqlarını möhkəmləndirmək üçün övladlarından istifadə edirlər. Əlbəttə, həmin məmur övladları arasında həqiqətən də bir-birini görüb-bəyənən, sevərək ailə quran gənclər də var. Amma bir çox hallarda bu münasibətlərin ümumilikdə düşünülmüş, məqsədli şəkildə qurulması heç kimə sirr deyil. Çünki bəzən qudalardan biri işdən çıxarılan kimi övladlar boşanırlar. Belədə sual yaranır: bəs hansı onların toy mərasimində təriflənən sevgi-məhəbbəti?..
Bəzən bu mövzunun müzakirəsi zamanı kimlərsə «bəyəm nazir oğlu gedib fəhlə qızı alacaq?..» deyə məmurlara haqq qazandırı. Axı niyə də almasın?...
Dünya praktikasına, dünya siyasətinə nəzər salın. Nə qədər sadə ailənin qızı ilə evlənən varlı oğlanlar, sadə oğlana ərə gedən məmur qızları var. Bizdə isə əksinədir: kasıb oğlu varlı qızı ala bilməz, məmur oğlu fəhlə qızı ilə evlənməz...
Sentyabrın 19-da «Buta Palace»da Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasimi keçirilib. Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə qurub. Bu, sadəcə azərbaycanlı məmurların qohumluq münasibətlərini rəsmiləşdirməsindən bir nümunədir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qudalığı heç kimə sirr deyil. Siyahıya Vergilər naziri Fazil Məmmədov və müavini Namiq Əliyevi daxil etmək olar. Belə ki, nazir öz qızını müavinin oğluna nişanlayıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nazir Fazil Məmmədovun məmurlarla qohumluq münasibətləri bununla sərhədlənmir. Onun bacısı Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovla nikahdadır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı dünya evinə girib. Qeyd edək ki, sədrin nəvəsi Nail Allahverdiyev ötən ay «Mercedes Galendevagen» markalı avtomobili ilə qəza törədib. Və ölümlə nəticələnmiş bu qəza böyük qalmaqalla müşayiət olundu.
Qudalıq münasibətlərində olan sabiq nazirlər və deputatlar də var. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun deputat Əliağa Hüseynovla qudalığı da bu qəbildəndir.
Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və sabiq deputat Qalib Salahzadənin qudalığını məşhurların siyahıya daxil edə bilərik.
Eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovla «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin də timsalında qudalar mövzusu tez-tez müzakirələrə açılır.
Analoji qohumluq münasibəti sabiq təhsil naziri Misir Mərdanovla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sabiq hakimi Mənsur İbayev arasında da var.
Baş prokurorun birinci müavini Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır.
Siyahını xeyli uzatmaq olar...
Azərbaycan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Azərbaycan məmurlarının övladlarının ailə qurması, qohumluq əlaqələri nevpotizm, yeni bir trenddir:
«Bunun təhlükəli cəhətləri çoxdur. Mən qarşılıqlı sevgiyə əsaslanan ailələrin qurulmasının tərəfdarıyam. İnanıram ki, məmurların qohumluqlarında da sevgiyə əsaslanan ailələr var. Amma məmurların övladlarının nikahı hansısa siyasi maraqlara hesablanıbsa, bu, klanlıq, dövlətin gələcəyi üçün təhlükə yaradan amillərdir. Əslində nevpotizm böyük korrupsiya elementlərinin meydana gəlməsinə səbəb olur. Bu həm də dövlətin təhlükəsizliyilə də bağlı ciddi problemlərə gətirib çıxara bilər. Beynəlxalq , siyasi-hüquqi ədəbiyyatda belə bir yanaşma var. Dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün orta əsrlərdə bu formadan daha çox istifadə olunurdu. Mən hazırda belə bir formatdan istifadəyə ehtiyac görmürəm. Çünki məmur övladlarının nikahları klanların birləşməsi, yeni klanların yaranmasına gətirib çıxarır. Ümid etmək istərdim ki, bu klanlar gələcəkdə dövlət, yaxud hakimiyyət üçün ciddi təhlükə yaratmayacaq. Amma əlbəttə ki, bütün məmur ailələrin qohumluğu siyasi, maliyyə hesablamalarına əsaslanmır. Məmur, oliqarx nikahlarında saf sevgi üzərində qurulan ailələrə də rast gəlirik. Orta məktəbdə, liseydə, yaxud universitetdə təhsil alanlar olub ki, bir-birini görüb bəyənib, valideynlərə də onları evləndirməkdən başqa çarə buraxmayıblar. Bu normaldır. Amma əksərən Azərbaycanda yüksək zümrədən olanların övladlarının nikahı siyasi, iqtisadi, maliyyə hesabı ilə bağlanır».
Ə.Nuriyev qeyd edib ki, bundan hansısa bir formada imtina etmək lazımdı: «Əlbəttə ki, nikah qanunvericiliyə, Konstitusiyaya görə, iki tərəfin könüllü birgə müqaviləsidir. Kiməsə demək də olmaz ki, «bu filankəsin oğludur, yaxud qızıdır, onunla nikaha girə bilməzsən». Bunu da qadağan etmək olmaz. Bu, insan hüquqlarına zidd olan məsələdir. Eyni zamanda, bunun dövlət və hökumət üçün təhlükə yaratmasına imkan vermək olmaz. Artıq dövlət oturuşandan sonra bunun faydası yoxdur, bu, klanlaşmaya gətirib çıxara bilər. Təbiidir, dünya durduqca belə nikahlar olacaq. Amma təhlükəli tendensiyanın qarşısını almağa çalışmaq lazımdır. Çünki sonradan bunlar bir-birinə vəzifə pillələrində də yardım edirlər. Bəzən quda məmurlar bir-birinə tabeçilik münasibətlərində olurlar ki, bu da korrupsiya, qeyri-qanuni lobbiçilik üçün əlavə imkanlar yaradır. Yaxud istedadlı insanların idarəçilik orqanlarına gəlməsinin qarşısını alır. Biz bunu da düşünməliyik.
Digər tərəfdən, klanlardan biri böyük bir korrupsiya əməllərinə yol verirsə, siyasi proseslərə, dövlətin maraqlarına qarşı çıxırsa, həmin adamlar həbs olunur. Həmin vaxt qohumlarının fəaliyyətlərinə də kölgə salır, onlara etimadın azalmasına gətirib çıxarır. Bu kimi hallarda isə ümumi maraqlara söykənən nikahların pozulmasının da şahidi oluruq. Bu da özlüyündə ailə faciəsinə yol açır».