«LukOil» 85 milyardlıq investisiya proqramı hazırlayır
Amerikalı və ərəb milyarderlər Ələkbərovun zavoduna göz dikib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ələkbərov 700 milyon itirib
8 ay ərzində 28 rus milyarderin sərvəti 17 milyard dollar artıb
-
Ələkbərov ya payını satacaq, ya da…
Azərbaycanın 45 milyardlıq layihəsi ilə bağlı dilemma
-
ABŞ-dan «Şahdəniz»ə sanksiya?
«Lukoil»un Cənub Qaz Dəhlizindəki 10 faizlik payı problemə səbəb ola bilər
-
Bir gündə 318 milyon dollarlıq itki
ABŞ sanksiya tətbiq etdi, ən çox ziyan azərbaycanlı oliqarxa dəydi
-
«Satmayacağam!»
Azərbaycanlı milyarder Putinə söz verdi
-
Vahid Ələkbərov «Lukoyl»u Türkiyəyə «köçürür»?
«Bizim zavodlar bu bazara istiqamətlənib»
-
«Nazir də bunun güdazına getdi»
Rusiyanın «Boz kardinal»ı azərbaycanlı milyarderə qarşı
-
20 faizi bağlamaq üçün 20 dəqiqəlik söhbət
Putin azərbaycanlı oliqarxı maşınına çağırıb nə danışdı?
-
SOCAR Gürcüstanda benzini ucuzlaşdırdı
Səbəbkar «LUKoil»dır
-
«LukOil» üç illik inkişaf və on il müddətinə konsepsiya proqramı hazırlayır. Hansı ki, bu proqramlar çərçivəsində 80-85 milyard dollar investisiya yatırmağı hədəfləyir.
Şirkətin rəhbəri Vahid Ələkbərov neft hasilatının 100 milyon ton ətrafında saxlanacağını deyib. Qaz hasilatının isə 35-40 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır: «Biz hesab edirik ki, qarşıdakı 10 ildə biz 1,1-1,2 milyard ton təbii qaz ehtiyatı yarada bilərik».
V.Ələkbərov üç illik proqram dövründə neftin qiymətini 50 dollar, dolların rubla nisbətdə məzənnəsini isə 62-64 rubl hesabladıqlarını deyib.
Bu arada o da məlum olub ki, ABŞ-dan və Fars körfəzindən olan investorlar «LukOil» şirkətinin Siciliyadakı neft emalı zavodunu almağa maraq göstərirlər.
Virtualaz.org bildirir ki, bunu «Rusiya 24» telekanalına müsahibəsində şirkətin prezidenti Vahid Ələkbərov özü deyib.
«Bunlar öz neftlərini Avropada sabit şəkildə çatdırmaqda və paylamaqda maraqlı olan ABŞ-ın böyük neft emalçıları, Beynəlxalq İnvestisiya Fondu və Fars körfəzi dövlətini təmsil edən milli şirkətlərdən biridir», - deyə V.Ələkbərov vurğulayıb.