Prezidentə «Quran» hədiyyəsi
İlham Əliyev və Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.
Şamaxı rayonunda dağlıq ərazidə yerləşən bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdıracaq.
***
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.
Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib.
Dəmirçi məscidində dövlətimizin başçısına «Quran» hədiyyə edilib.
Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış «ABAD» publik hüquqi şəxsin fəaliyyəti də daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur və hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə və istirahət yerləri də təşkil olunub. Bunlardan biri də bir neçə yerdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olublar. Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraq doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin və turistlərin istirahətinə maraqlı anlar qatacaq.
Dövlətimizin başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət ediblər.
Dəmirçi turizm infrastrukturunda «Azərxalça» ASC də yer alıb. Burada toxunacaq xalçalar sonradan turistlərə satılacaq ki, bu layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.
Bərpa və yenidənqurma işləri zamanı yeni xalq sənəti obyektlərinin tikilib istifadəyə verilməsi diqqət mərkəzində saxlanılıb. Kənddə dəmirçilik sənətinin dirçəldilməsi və bu sahəyə marağın artırılması məqsədilə dəmirçi dükanı və emalatxanası yaradılıb.
Azərbaycan Prezidenti və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış olublar.
Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib.
Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq.
Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirilib.
***
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.
Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, «Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi»dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.
Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muffonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.