vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
23:48 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz Azərbaycana uduzduq»

Nikol Paşinyan: «Bəs indi nə edək?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Azərbaycanla hərbi balansı itirir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu «Yelk» fraksiyasının rəhbəri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir: «Çünki Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti bildirir ki, Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyini və vasitəçiliyini itirib».

Deputat qeyd edib ki, Ermənistan ümumilikdə bütün təhlükəsizlik fəlsəfəsini itirib: «Çünki hər dəfə Rusiya Azərbaycana silah satır və biz o zaman sual veririk: biz nə edək? Cavabı isə sadədir. Yenidən Rusiya ilə zəif müqavilə imzalamağa gedək. Daha sonra Rusiya Türkiyəyə silah satır. Bəs indi nə edək? Gedək yenə də bizim suverenliyimizi daha da azaldan müqavilə imzalayaq?»

Erməni deputat xatırladıb ki, Rusiya artıq Türkiyəyə «S-400» sistemlərini satır: «Bunun yanında «İskəndər»lər oyuncağa çevriləcək», - deyə Paşinyan istehza ilə bildirib.