vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AKTUAL  
10:57 | 8 oktyabr 2017 | Bazar Məqaləyə 1894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Görüşə razılıq verilib

«Hər iki prezident danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib»

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bölgəyə səfərlərinin yekununa dair bəyanatla çıxış edib.

Həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin prezidentinin görüşünə hazırlığı müzakirə ediblər.

Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıb.

«Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib», bəyanatda bildirilir.

İlham Əliyevin və Serj Sərkisyanla gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.