vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
16:03 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2469 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müdafiəni möhkəmləndirmək lazımdır»

Lukaşenko Zakir Həsənova: «Biz sizinlə bu istiqamətdə işləyirik və işləməkdə davam edəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və ölkələrin bu sahədə qarşılıqlı əlaqələri onların beynəlxalq öhdəliklərinə zidd deyil. VAXT.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu bazar ertəsi günü Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

«Biz əməkdaşlığımızı, o cümlədən hərbi-texniki sahədə davam etdiririk... Münasibətlərimiz heç bir halda heç bir beynəlxalq müqaviləni, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin qətnamələrini pozmur, biz suveren müstəqil dövlətlərik və zamanın nəbzinə, dövlətlərimizin ehtiyaclarına, qardaş ölkələrin ənənələrinə uyğun əməkdaşlıq istiqamətlərimizi müəyyənləşdirmək haqqına malikik», Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə Lukaşenko deyib.

Belarus prezidenti qeyd edib ki, Minskdə «azərbaycanlılara qarşı heç bir iddia yoxdur». «Biz onlara böyük hörmətlə yanaşırıq. Çox yaxşı xatırlayıram ki, çətin vaxtlarımızda prezidentiniz həmişə Belarus dövlətinə kömək əlini uzadıb. Biz bunları yaxşı xatırlayırıq və Azərbaycan üçün nəsə edə biləriksə, xalqınızın təhlükəsiz yaşaması, dövlətinizin inkişaf etməsi üçün bunu edəcəyik», - o bildirib.

Lukaşenkonun sözlərinə görə, Azərbaycan vətəndaşlarının «özlərini sakitlikdə his etmələri üçün müdafiəni gücləndirmək lazımdır». «Biz sizinlə bu istiqamətdə işləyirik və işləməkdə davam edəcəyik», - o deyib.

Lukaşenko həmçinin Azərbaycan prezidenti İlham Əliyevə «ən xoş arzularını» çatdırmağı xahiş edib və onunla tezliklə görüşəcəyinə ümid etdiyini vurğulayıb.

Öz növbəsində, Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycanda da Belarusu çox sevir və xüsusi hörmətlə yanaşırlar: «Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız var. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə də çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara ziddiyyət təşkil etmir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki, bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək».