vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AKTUAL  
18:26 | 25 yanvar 2014 | Şənbə Məqaləyə 2676 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmiş nazirin keçmiş müşavirinin aqibəti

Fərhad Əliyevin işçisi Almaniyada anbardar işləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin müşaviri olmuş Şahverdi Əhədov barədə maraqlı məlumat əldə etmişik. Virtualaz.org saytına Almaniyadakı mənbələrindən məlum olub ki, Fərhad Əliyevin həbsindən bir müddət sonra ölkəni tərk edən və mühacirətə gedən Ş.Əhədov hazırda Almaniyanın “Rado” saat firmasının anbarında işləyir.

Ş.Əhədovun anbardar vəzifəsini icra edərkən çəkilmiş fotosu da var.
Qeyd edək ki, Ş.Əhədov 1991-1997-ci illər ərzində Taxıl Məhsulları Nazirliyində, sonradan “Azərtaxıl” Dövlət Şirkətində şöbə müdiri vəzifəsində işləyib. Şirkət ləğv olunduqdan sonra 1998-2000-ci illərdə rəsmi ekspert kimi fəaliyyət göstərib. 2000-ci ildə rəsmi məktubla mərhum prezident Heydər Əliyevə müraciət edərək ölkənin taxıl ehtiyatları ilə bağlı təkliflər verib. H.Əliyev təkliflərini bəyəndiyi üçün Prezident Aparatına onun ən qısa zamanda dövlət qulluğuna alınması tapşırığını verib.
2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi yaradılarkən Ş.Əhədovun şəxsi işi Fərhad Əliyevə təqdim edilib və o, həmin nazirliyə işə götürülüb.
2005-ci ildə F.Əliyev həbs olunandan sonra Ş.Əhədov onun ən yaxın kadrlarından biri kimi təqdim edilsə də onun özü deyirdi ki, nazirlikdə işlədiyi 5 il ərzində F.Əliyevlə cəmi üç dəfə görüşüb. Sonuncu görüşü F.Əliyevin həbsindən 9 gün əvvəl olub. Həmin görüşdə F.Əliyev deputatlığa namizədliyini verən Ş.Əhədovdan namizədliyini YAP-ın namizədinin xeyrinə geri götürməyi təklif edib. Həmin görüşdə F.Əliyev Ş.Əhədovu  özünə aqrar və regional məsələlər üzrə müşavir təyin edib. Bu təyinatdan 9 gün sonra F.Əliyev həbs olunub. Ondan bir həftə sonra isə yeni təyin olunan iqtisadi inkişaf naziri Heydər Babayev Ş.Əhədova öz ərizəsi ilə işdən getmək barədə xəbər göndərib.
İşdən çıxandan sonra Ş.Əhədov “Azərbaycanda Aqrar Sektorun İnkişafına Dəstək” adlı QHT-ni qeydiyyatdan keçirib. Bir müddət QHT fəaliyyəti ilə məşğul olduqdan sonra özünün dediyi kimi, izlənildiyini bilərək Azərbaycanı tərk edib. Hazırda o, Almaniyada yaşayır.