vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
16:20 | 11 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2476 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Brüsseldə Azərbaycana qarşı təxribat

Oktyabrın 23-də anti-Azərbaycan siyasi aksiyanın keçirilməsi gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 23-də Brüsseldə avropalı siyasətçilərin, diplomatların, hüquqşünasların və hüquq müdafiəçilərinin iştirakı ilə növbəti anti-Azərbaycan siyasi aksiyanın keçirilməsi gözlənilir. Bu barədə virtualaz.org-a diplomatik mənbələrdən məlumat verilib.

«Sərhəddən kənarda repressiyalar: Gürcüstanda qovulmuş azərbaycanlılar» mövzusunda müzakirələrin təşkilatçısı «Açıq cəmiyyət» Avropa Siyasət İnstitutudur. Mənbədən virtualaz.org-a bildirildiyinə görə, Azərbaycan hökumətini «dissidentlərlə və müstəqil fəallarla misli görünməmiş mübarizə»də ittiham etmək istəyirlər.

Qeyd edək ki, «Açıq cəmiyyət» Avropa Siyasət İnstitutu Açıq Cəmiyyət Fondunun siyasi bölməsidir. Bu qurumun rəsmi saytında qeyd olunur ki, təşkilat Avropanın daxilində onun hüdudlarından kənarda açıq cəmiyyətlərin yaradılması üzərində işləyir və bunun üçün Avropa İttifaqının siyasətindən, qanunvericiliyindən, maliyyəsindən və siyasi nüfuzundan istifadə edir.

Müzakirələrin təşkilatçılarının sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyətinin bir çox liderləri ölkəni tərk etməyə və Gürcüstana köçməyə məcbur olublar. Lakin «Əfqan Muxtarlının bu ilin may ayında oğurlanması və qeyri-qanuni olaraq Azərbaycana verilməsi Gürcüstanda yaşayan azərbaycanlıların həyatında dönüş nöqtəsi olub». Bununla yanaşı, virtualaz.org-un dəfələrlə bildirdiyi kimi, hətta gürcü ekspert ictimaiyyətində də Əfqan Muxtarlının oğurlanması barədə deyilənlərə inanmırlar. Bunu onlarla müşahidə kamerasının apardığı çəkilişlər də sübuta yetirmir. Buna baxmayaraq, avropalı hüquq müdafiəçiləri «oğurluğ»u təkzibedilməz fakt hesab edirlər.

Bundan savayı, elə həmin müzakirələr zamanı «Gürcüstan hakimiyyəti tərəfindən Azərbaycan vətəndaşlarına yaşayış hüququnun və sığınacağın verilməsinə imtina» mövzusuna da toxunulacaq ki, guya bu iki ölkə arasında danışılmış hərəkətlərin sübutudur və Azərbaycanın gürcü hakimiyyətinin siyasətinə təsirini göstərir.

Qeyd edək ki, tədbir açıq keçiriləcək və təşkilatçıların fikrincə, bu amil onun Avropa mətbuatında geniş işıqlandırılmasına gətirib çıxaracaq.