vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
20:09 | 11 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Maqnit qasırğası başladı

Daha çox harada hiss olunacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir. Bu barədə «Trend»ə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

E.Babayevin sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb: «Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artıq 400 km/san-dir və getdikcə artmaqdadır.

Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır. Budəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək».

Qeyd edək ki, artıq ötən gündən Yerdə güclü maqnit qasırğası başlayacağı barədə xəbər verilib. Məlumata görə, maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Bu qasırğanın meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir.