vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
09:46 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2648 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni varsa, gərginlik var

Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşları «DQR» xəritələrini qopartdılar

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya şəhəri Frankfurtda hər il keçirilən və bütün dünyada məşhur olan «Frankfurter Buchmesse» kitab yarmarkasında gərginlik yaşanıb.

Virtualaz.org-un məlumatına görə, buna səbəb ermənilərin həmin bədnam «böyük Ermənistan» iddiası və «DQR»i reklam etmək cəhdi olub.

«Frankfurter Buchmesse»  - bu, yeniliklərlə tanış olmaq, kitab nəşri bazarının tendensiyalarını öyrənmək üçün ən münasib yerdir. Bu, internet-məlumat kitabçalarının bildirdiyi kimi, bir növ peşəkarların qurultayıdır. Bura başqa qitələrdəki kitab yayanlarla əlaqələri qaydaya salmağa, məşhur mətnin nəşrinə hüquqlar əldə etməyə, mətbəə innovasiyaları ilə tanış olmağa gəlirlər. Təbii, ədəbiyyatın sadə həvəskarları da başlarını qatmaq üçün yarmarkada nəsə tapırlar.

«Frankfurter Buchmesse»  sərgisində naşirlər, agentlər, satıcılar, yazıçılar, tərcüməçilər, illüstratorlar, kitabxanaların, institutların və başqa təşkilatların nümayəndəsi olan mütəxəssislərlə qarşılamaq olar. Hələ... separatçılarla da.

Virtualaz.org-a məlum olub ki, sərgidə «DQR» stendləri də yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin stendlər qopardılıb, hətta işə alman polisi də qarışıb...