vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
19:20 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 2612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qlobal zərbə

ABŞ Rusiyanı 60 dəqiqəyə məhv edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Pentaqon ani qlobal zərbə perspektiv komplekslərin hazırlanmasına başlayıb. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi Aleksandr Yemelyanov bildirib. Onun sözlərinə görə, «qeyri-nüvə təchizatlı bu komplekslər hazırda strateji nüvə qüvvələrinin qarşısına qoyulmuş vəzifələri icra edəcək».

Virtualaz.org xəbər verir ki, bununla bağlı Yemelyanov BMT-nin Baş Assambleyasının birinci komitəsində çıxış edərkən deyib: «Aydındır ki, Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinin yerləşdirilməsi ilə ani qlobal zərbə vasitələri arasında əlaqə var. Rusiya və Çinin strateji nüvə qüvvələri obyektlərinə «tərksilah edən» zərbənin  vurulması Amerikanın RƏM sisteminin effektivliyini yüksəldir».

O vurğulayıb ki, ani qlobal zərbə vasitələrinin yaradılması Vaşinqtonun yaranmış qüvvələr balansını pozmağa yönəlmiş fəaliyyətinin daha bir amilidir. Bununla ABŞ qlobal strateji dominantlığını bərqərar etmək niyyətindədir, Yemelyanov deyib.

Bundan öncə Rusiya Silahlı qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsi rəisinin birinci müavini, general-leytenant Viktor Poznixir dəqiqləşdirərək bildirmişdi ki, artıq 2020-ci ildə ABŞ ordusu ani qlobal zərbə vasitələrinin ilk komplekslərini əldə edəcək. Onun fikrincə, bununla ABŞ digər dövlətləri də cavab addımları atmağa sövq edir.

 

Ani qlobal zərbə kompleksləri nədir?

 

Ani qlobal zərbə kompleksləri (Prompt Global Strike, PGS) qeyri-nüvə yüksək dəqiqlikli sistemlərdir və qərarın qəbul edildiyi andan etibarən 60 dəqiqə ərzində Yer kürəsinin istənilən nöqtəsinə zərbə endirmək qabiliyyətinə malikdir.

Bu komplekslərin hədəfləri ballistik raketlərin mobil və stasionar buraxılış qurğuları, komanda məntəqələri, nüvə obyektləridir. Bu gün üçün üç növ PGS vasitəsi məlumdur.

Birinci tip – adi qitələrarası ballistik raketlərdir. Bunlar qeyri-nüvə başlıqlı yüksək dəqiqliyə malik hərbi bloklarla təchiz olunub. Eyni zamanda, həmin raketlərə fərdi idarə olunan kaset tipli bloklar daxildir.

İkinci tip – strateji səsdən sürətli qanadlı raketlərdir.

Nəhayət, üçüncü tip – kinetik silah. 5-10 metr uzunluğunda volframdan hazırlanmış ağır sütun tipli silah («tanrının dəyənəyi») kosmik orbitdən buraxılır. Kosmosdan buraxılmış bu silah lazım olan nöqtədə Yerin səthinə çatarkən 12 ton trotilin yarada biləcəyi partlayış törədir. Bu tip silah, deyilənə görə, ABŞ-da hələlik layihələndirmə mərhələsindədir.

 

Saatda 6900 kilometr sürətlə uçan pilotsuz aparatlar

 

Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyası kollegiyasının Ekspertlər Şurasının üzvü, ehtiyatda olan polkovnik Viktor Muraxovski bildirir ki, PGS-nin əsas məqsədi 60 dəqiqə ərzində düşməni tərksilah etməkdir. «Bu baxımdan birinci tip silahları mən, ümumiyyətlə, ani qlobal zərbə vasitəsi hesab etmirəm. Çünki hazırda mövcud olan heç bir texniki vasitə qitələrarası raketin başlığının nüvə və ya qeyri-nüvə xarakterli olmasını müəyyən edə bilmir», - zabit deyir.

O, sözlərinə belə davam edib: «Pentaqon ani qlobal zərbə vasitələrindən danışarkən, ilk növbədə səsdən sürətli vasitələri nəzərdə tutur. Lakin amerikalıların bu istiqamətdə nə qədər irəli getdiklərini demək çətindir».

Qeyd edək ki, ABŞ bu yaxınlarda «Boeing x-37b» orbital təyyarəsinin hazırlandığını bildirib. Məhz bu növ təyyarələr kosmik fəzaya qalxaraq, Yer kürəsinin istənilən nöqtəsinə ən geci 60 dəqiqə ərzində çatmağa qadirdir.

Bundan başqa, 2020-ci ilə qədər «Lockheed Martin» şirkəti SR-72 səsdən sürətli pilotsuz uçuş aparatının yaradılacağını bəyan edib. Bu aparatlar saatda 6900 kilometr sürətlə uça biləcək. Səsdən sürətli raketlərlə təchiz edilmiş bu cür təyyarə və ya pilotsuz aparatlar 1 saatdan az müddətdə istənilən nöqtəyə zərbə endirə bilər.

 

Rusiya nə ilə cavab verəcək?

 

Rusiyalı mütəxəssislərin fikrincə, hazırda sözügedən silahların qarşısını almaq üçün vasitələrin hazırlanması davam etdirilir. Bunların arasında ən qabaqcıl nümunə S-500 universal hava və raket hücumundan müdafiə kompleksidir.

Bildirildiyinə görə, həmin kompleks səsdən sürətli hədəfləri yaxın kosmosda vurmaq qabiliyyətinə malikdir.

Bundan başqa, Rusiyada çox gizli şəkildə «Nudol» adlı raket hücumundan müdafiə sistemi üzərində iş aparılır. Hələlik bu sistem barədə onun adından başqa heç bir məlumat verilmir.