vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
20:17 | 17 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Evin başı üzərində «Rusiyageyt» qılıncı

Tramp təhqiqata son verməyə, mətbuat tələsməməyə çağırır; Hillari Klinton isə Donald Trampı ABŞ tarixində ən təhlükəli prezident adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Rusiyanın seçkilərə müdaxiləsini araşdıran prokuror Robert Müllerə işini tez bir zamanda bitirməyə çağırıb. Trampın fikrincə, bu işin heç bir perspektivi yoxdur və qəsdən demokratlar tərəfindən seçkidəki məğlubiyyətlərinə haqq qazandırmaq üçün şişirdilib.

Mətbuat isə tam əksinə, demək olar, hər həftə yeni faktların ortaya çıxması ilə əlaqədar hüquq-mühafizə orqanlarını tələsməməyə çağırır.

ABŞ mediası bu məsələdə görünməmiş həmrəylik nümayiş etdirir.

«2016-cı ildə Rusiya prezidenti Vladimir Putin ABŞ-a qarşı görünməmiş miqyasda təxribat-diversiya kampaniyasını aparıb», - demokrat konqresmen Adam Şiff «The Washington Post»da yazır.

Şiff Nümayəndələr palatasının kəşfiyyat üzrə komitəsinin Rusiyanın bu yöndə fəaliyyəti barədə bir çox məlumata sahib olduğunu qeyd edir. «Lakin Ağ Ev və prezidentlə əlbir olan xarici qüvvələr daha uca səslə Konqresin təhqiqatını başa çatdırmasına çağırırlar. Onlar bununla xüsusi prokuror Robert Müllerin işinə qarışaraq, dosyeni bitirmək istəyirlər. Bu isə ədalətə təcavüz etməkdir»,- Şiff qəzetə bildirib.

«The New York Times» Trampın son həftələrdə işlə əlaqədar öz vəkillərinə külli miqdarda pul xərclədiyinə diqqət çəkib.

«Bunlardan biri araşdırma ilə əlaqədar prezident üçün hüquqi xidməti həyata keçirlən Jones Day şirkətidir. Tramp ailəsi ona 830 min dollar ayırıb. Bundan başqa, Trampın seçki qərargahı Nyu-York vəkili, prezidentin oğlu kiçik Donaldın maraqlarını təmsil edən Alan. S. Futerfasa 238 min dollar pul ödəyib.

Qəzetin yazdığına görə, hüquqşünaslara ödənilən pullardan əlavə, çəkilən başqa xərclər Trampın hələ də seçkiqabağı dövrün ruhunda fəaliyyət göstərdiyini nümyaiş etdirir. Prezident indi də müxtəlif ştatlarda mitinqlər keçirməyə davam edir. Seçki qərargahı isə onun 2020-ci ildə yendən namizədliyi üçün 40 milyon dollardan çox vəsait toplamağa müvəffəq olub.

«Görəsən, Putin olmasaydı, Tramp qalib gələ bilərdimi», - Almaniyanın «Der Spiegel» qəzetinin yazarı Kristian Şteker sual edir.

Müəllif bu sualın cavabının əslində aydın olduğunu qeyd edir.

«Trampın komandasında olan general Henri Makmaster (milli təhlükəsizlik məsələləri üzrə müşavir-red.) və Con Kelli (Ağ Ev aparatının rəhbəri) kimi adamlara onun yanında olmaq əslində rüsvayçılıq sayılmalıdır. Ona görə yox ki, onların patronları bütün məsləhətləri və tövsiyələri qulaqardına vuraraq özünün «Twitter»dəki statusları ilə Şimali Koreya və İranla nüvə münaqişəsini qızışdırır. Kelli və Makmaster bilirlər ki, Ağ Evdə Vladiimir Putinin əsl istədiyi adam oturub», - jurnalist yazır.

Müəllif Rusiyanın bundan ötrü sosial şəbəkələrdə Tramp lehinə reklam aparan və onun rəqibi Hillari Klintonu gözdən salan reklamlar üçün külli miqdarda pul xərclədiyini bildirir. Bundan başqa, Sankt Peterburqda yerləşən «Internet Research Agency» adlı şirkətdən əlavə 100 min dollar «Facebook»a bu cür reklamların yayılması üçün köçürülüb. «Facebook»un hesablamalarına görə, həmin reklamları 10 milyondan çox adam izləyib.

Donald Trampa qatı müxalif sayılan «Buzz Feed News» portalının əməkdaşı Cim Uoterson isə Hillari Klintonun London ədəbiyyat festivalındakı çıxışını qələmə alıb. Klinton festivalda özünün «Nə baş verdi?» kitabının təqdimatını keçirirmiş.

Xanım Klinton Rusiyanın sosial şəbəkələrdə fəaliyyətinin təkcə Amerikanı deyil, azad dünyanın bütün dövlətlərini təhdid etdiyini vurğulayıb. «Prezident Putinin qərb demokratiyasını məhv etmək kimi strateji hədəfi var və o bu yolla ardıcıl olaraq irəliləyir», - Klinton qeyd edib.

Bundan başqa, Hillari Klinton Donald Trampın tvitlərini dünyanın təhlükəsizliynə yönəlik birbaşa və aşkar təhdid adlandırıb.

«Klinton Trampın prezidentliyini bütün dünya üçün risk daşıdığını bildirir. Demokrat namizəd öz keçmiş rəqibini ABŞ tarixinin ən təhlükəli prezidenti adlandırıb», - «The Guardian»dan Maykl Makqouen yazır.

Bundan başqa, Hillari Klinton «WikiLeaks» təsisçisi Culian Assancı Rusiya hökuməti ilə əlbir olmaqda ittiham edib. Klinton Assancı diktatorun əmri ilə hərəkət edən opportunist nihilist adlandırıb.

«Putin həmişə mənə kin bəsləyib. Çünki mən onun avtoritarizminə, beynəlxalq arenadakı fəaliyyətinə qarşı dayanmışam. Lakin indi onun iştahası ümumdünya miqyasında lap qabarıb. Putinin əsas məqsədi demokratiyanı bitirmək, Amerikanı zəiflətmək və Atlantik alyansa hücum etməkdir», - xanım Klinton yekunda bildirib.