vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:29 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2340 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz görsək ki, ...»

Rasim Musabəyov: «Ermənistan imitasiya etsə, hərbi təzyiq artacaq»

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 16-da Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Kiritk görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar. Bəyanat qeyd olunub ki, görüş konstruktiv keçib. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern.az-a açıqlamasında prezidentlərin görüşünü şərh edib.

Deputat bildirib ki, danışıqlardan heç bir nəticə hasil olmayıb.

«Nəticə odur ki, tərəflər cəbhə xəttində müəyyən sakitliyi təmin etməklə yanaşı, xarici işlər nazirlərinin dialoqu davam etdirməyini razılaşdırıblar. Ancaq, mahiyyətcə heç bir nəticə yoxdur».

R.Musabəyov qeyd edib ki, Ermənistan münaqişənin həllini süni yolla uzatmaqla, imitasiya ilə məşğul olduğu halda onlara heç nə kömək etməyəcək.

«Bu hal baş verdiyi təqdirdə cəbhədə gərginlik, hərbi təzyiq olacaq. Ermənistan tərəfi deyirdi ki, cəbhə xəttində atəşkəs əldə olunsun, gərginlik azalsın, monitirinqlər aparılsın. Biz isə mahiyyət üzrə danışıqların aparılmasını istəyirik. Görüşdə tərəflərin heç bir xarici müdaxilə olmadan sabitliyi qoruyub saxlamağa səylər göstərəcəkləri müzakirə edildi ki, danışıqlar üçün əlverişli mühit olsun. Gərginliyin azaldılmasına dair razılaşma Ermənistanın özünü necə aparmasından asılı olacaq. Biz görsək ki, ermənilər, onları himayə edən qüvvələr işğala son qoyulmasının vacibliyini anlayırlar, o zaman bu danışıqların əhəmiyyəti olacaq, cəbhədə sabitlik də qorunub saxlanılacaq. Mahiyyət üzrə danışıqların başlanılıb-başlanılmayacağı isə sonranın işidir».