vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SƏHİYYƏ, ORDU  
00:24 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3340 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamilə qadının qanı kişi üçün təhlükəlidirmi?

10 il ərzində 6 xəstəxanada 31 xəstə arasında keçirilən yoxlamanın nəticələri

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, yenicə aparılmış araşdırmanın nəticələrinə görə, hamilə qadınlardan alınmış donor qanının kişi pasientlərə köçürülməsi onların ölümünə səbəb ola bilər.

Alimlər aşkar ediblər ki, hamilə qadınların qanında dölün qorunması üçün mövcud olan anticismlər kişilərdə ölümcül reaksiya doğurur.

Alimlər bildirirlər ki, hamilə qadınlardan kişilərə köçürülən qan kəskin ağ ciyər zədələnməsi ilə nəticələnə bilər.

«The Telegraph» yazır ki, Britaniyada hər il 2 milyon qan köçürülməsi əməliyyatı keçirilir və pasientlərə bu qanın hamilə qadınlardan alınıb-alınmadığı barədə məlumat verilmir.

Lidendəki Qan Mərkəzindən professor Rutger Midelberq (Rutger Middelburg) «American Medical Association» jurnalında yazır ki, qadınların hamilə vaxtında onlardan alınmış donor qanının vurulduğu kişilərdə ölüm hallarının sayı əhəmiyyətli dərəcədə artır.

Professor bildirir ki, belə bir vəziyyətin səbəbi həm də hamilə qadınlarla kişilər arasındakı dəmir elementinin miqdar fərqi ola bilər.

Məqalədə deyilir ki, həkimlər ölüm hallarının araşdırılması üçün 31 min xəstənin tarixçəsini öyrəniblər. Bunlara 2005-2015-ci illər arasında Hollandiyanın 6 xəstəxanasında qan köçürülmüşdü.

Müqayisələr göstərib ki, kişilərə hamilə qadınlardan alınmış qan vurulduqda hər min nəfərə 101 ölüm hadisəsi qeydə alınıbsa, kışi qanı köçürülmüş kişilər arasında belə halların sayı 80 olub.

Hərçənd Açıq Universitetdən professor Kevin MakKonvey (Kevin McConway) fərqin əhəmiyyətli olmadığına inanır.

O deyib ki, bu müşahidə təcrübəsidir və burada nəyin nəyə səbəb olduğunu qəti demək çətindir.

Professor bunu da əlavə edib ki, bu təcrübələrdə yalnız Hollandiyaya aid məlumatlar araşdırılıb, halbuki başqa xalqlarda ölüm faizi tamamilə başqa genetik göstəricilərdən asılı ola bilər.