vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
19:21 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 1992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident Türkiyədədir

İlham Əliyev «D-8» Zirvə görüşündə xüsusi qonaq qismində iştirak edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə «D-8» Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.

Virtualaz.org-un məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, oktyabrın 19-da «İnkişafda olan səkkizlər»in (D-8) dövlət və hökumət başçılarının İstanbul Zirvəsinin nazirlər şurasının iclası işə başlayıb.

«D-8» formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya «Böyük iyirmilər»in (G-20) üzvüdür. Qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan «Böyük iyirmilər»in toplantılarında xüsusi statuslu qonaq kimi təmsil olunub.

«D-8»in yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısı çərçivəsində meydana çıxıb və bir il sonra təşkilatın İstanbul Zirvə toplantısı ilə təsis olunub. «D-8» ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda təşkilat Zirvə, Şura və Komissiyalardan ibarət 3 əsas rəhbər struktur tərəfindən idarə olunur.