vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
10:51 | 20 oktyabr 2017 | Cümə Məqaləyə 3179 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kəpənəklər tükənir

«Uçan həşəratların yüksək sürətlə və geniş ərazidə azalması həyəcanlı xəbərdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Almaniya alimləri son üç onillik ərzində onlarca təbii qoruqda uçan həşəratların sayca fəlakətli azalması ilə əlaqədar həyəcan təbili çalıblar. Alimlərin fikrincə, bu azalmaya səbəb kənd təsərrüfatında geniş istifadə edilən pestisidlərdir.

Kəpənək və arıların Avropa və Şimali Amerikada sayca azalması bundan qabaq da məlum idi, lakin «PLOS ONE» jurnalında dərc edilmiş hesabat Almaniyada 1989-cu ildən bəri uçan həşəratların 75 faiz azaldığını göstərən ilk sənəddir.

Bu azalma alimləri ona görə narahat edir ki, həşəratlar mühüm tozlandırıcı olmaqdan başqa, həm də quş və kiçik heyvanların qida zəncirinə daxildir.

«Uçan həşəratların belə yüksək sürətlə və belə geniş ərazidə azalması həyəcanlı xəbərdir», - deyib «Radboud» Universitetinin aparıcı tədqiqatçısı Hans de Krun (Hans de Kroon).

Bu hesabatın hazırlanması üçün alimlər 63 təbii qoruqda yapışqanlı tələlər qurmuşdular. Bundan sonra biokütlə ölçülüb və zaman içində baş verən dəyişikliklər qeydə alınıb.

Alimlər son 27 ildə uçan həşəratların 76 faiz azaldığı nəticəsinə gəliblər. Yay ərzində bu azalmanın 82 faizə çatması isə dəhşət doğuran hadisə sayılır.

«Radboud» Universitetindən Kaspar Holman (Caspar Hallmann) deyib ki, bu hələ xüsusi olaraq qorunan təbii guşələrdir.

Hesabatda azalmanın səbəbləri konkret olaraq göstərilməsə də, ekspertlər bunun pestisidlərlə bağlı olduğuna inanırlar, çünki sözü gedən təbii yasaqlıqlar dörd tərəfdən kənd təsərrüfatı əkinlərinin əhatəsindədir.

Doktor de Krun deyib ki, həşəratlar tozlandırıcı və yem olduğundan onların azalması bütöv ekosistemə dağıdıcı təsir göstərir.

Alim deyib ki, «buna səbəb olduğunu bildiyimiz bir sıra fəaliyyətlərə, məsələn pestisidlərdən istifadəyə son qoymalıyıq».

O, həmçinin qorunan təbiət ərazilərinin genişləndirilməsini təklif edib.