İslam Kərimovun pulları ABŞ-a qismət olacaq
Əməliyyatlarda dollardan istifadə etdiyinə görə…
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özbəklər Almaniya yolunda
Şolzun Səmərqənd səfərinə sözardı
-
“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
-
Külündən doğan “Simurq”
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
-
Özbək kinosuna üçgünlük baxış
Aktual, düşündürücü, vacib mövzular ...
-
Onlarda da gəlin “süpürgə” olmadı...
Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
Konstitusiya dəyişikliklərinin təşəbbüsçüsü olub
Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?
-
ABŞ-dan Özbəkistana çağırış
Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
-
Özbəkistan qərarını verdi
Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
-
Qaraqalpaqda rus barmağı
Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür
-
“Öncəgörən” Lukaşenko
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
-
Rusiyanın Özbəkistan planları
Putin: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq”
-
“Vahid vətən – ortaq tale”
Özbəkistan separatizmdən qorunmaq istəyir
-
Türan ordusu yaradılır?
Özbəkistan görüşünün detalları ...
-
Eyni acı tarixi bölüşən iki qardaş ölkə
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
-
İldırım sürətli İT inkişaf
Özbəkistanın bir şirkətində 3000 proqramçı xaricə məhsul satır
ABŞ və Hollandiya Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 800 milyon İsveçrə frankı (784 milyon dollar) məbləğində pulun böyük hissəsini əldə edə bilərlər. Virtualaz.org İsveçrənin «Le Temps» nəşrinə istinadən xəbər verir ki, həmin pullar İsveçrə banklarından birində dondurulub.
Mənbə məlumat verir ki, bu həftə Bern şəhərində Kərimovanın işini aparan Özbəkistan Baş prokurorluğunun, Federal ədliyyə ofisinin (Ədliyyə Nazirliyi), Federal beynəlxalq işlər departamentinin və İnkişaf və əməkdaşlıq Direksiyasının iştirakı ilə gizli danışıqlar başlayıb. Danışıqların iştirakçıları «Lombard Odier» özəl bankındakı hesablarda saxlanılan dondurulmuş pulların restitusiyasının hansı yolla aparılmasını müzakir edir. Restitusiya ilə bağlı qərar yaxın günlərdə verilə bilər.
Qeyd olunur ki, ABŞ üzərinə həbs qoyulmuş məbləğdən 550 milyon dollarını tələb edir. Əsas kimi «özbək klanının Amerika banklarından və maliyyə əməliyyatlarında Amerika dollarlarından istifadə etməsi» göstərilir. Hollandiyanın iddia etdiyi məbləğ açıqlanmır.
«Le Temps» yazır ki, dondurulmuş aktivlər müxtəlif telekommunikasiya şirkətlərindən rüşvət kimi alınıb. İsveçrə həmin pulların nəzarət altında restitusiyasını keçirmək niyyətindədir və əmindir ki, bu pullar Özbəkistan əhalisinə qaytarılmalıdır. Lakin ehtiyat olunur ki, Daşkənd həmin xərclərin nəzarətini həyata keçirmək iqtidarında olmayacaq.