vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
13:19 | 21 oktyabr 2017 | Şənbə Məqaləyə 2997 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağda daha iki erməni əsgəri güllələndi

Silahdan düzgün istifadə etmədiyinə görə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağdakı qondarma rejimin «müdafiə nazirliyi» daha iki hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən oktyabrın 20-də iki erməni əsgəri-1998-ci ildə anadan olmuş Aram Xaçatryan və 1997-ci ildə anadan olmuş Qraç Avetisyan «ölümcül güllə yaraları» alıblar. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir. Lakin bildirilir ki, hərbi qulluqçular «silahdan istifadə qaydalarının pozulması nəticəsində» güllə yaraları alıblar.

Sosial şəbəkələrdə yer alan məlumatlara görə insident təmas xəttinin Talış kəndi istiqamətində baş verib. Bir gün əvvəl də Ermənistan işğalçı qüvvələri həmin istiqamətdə itki vermişdi.