vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞOU BİZNES  
12:40 | 22 oktyabr 2017 | Bazar Məqaləyə 3206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Çaşma ...»

Mehriban Xanlarova məhkəmə ilə hədələdi: «Dünya dərəbəylik deyil»

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə «Maşın şou»dakı mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb.

yeniçag.az-a açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib: «Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan çıxanda məni qucaqlayıb, əlimdən öpdü. Qulağıma da pıçıldadı ki, səni çox sevirəm, bağışla, bu, bir oyundur. Mənim onunla əvvəllər problemim olmayıb, onu Oksanaya görə tanımışam. Ancaq şəxsiyyətimi təhqir edən şou-biznes nümayəndələri məni qarşılarında görəcəklər. Sosial şəbəkədə ağızlarına gələni yazırlar. Düzdür, ad çəkmirlər, amma yazırlar ki, əməkdar artist adını almaqla deyil, ləçərliklə, həyasızlıqla səs toplayıb. Bu da mənə ünvanlanmış ifadədir, çünki, «Maşın şou»da məndən başqa əməkdar artist olmayib.

Mənim arxamda heç kim yoxdur, səs verən insanlar hamısı tamaşaçılarımdır. Kim məni təhqir eləsə, həmin adam məhkəmədə qanun qarşısında cavab verəcək. O adama üzümü tutub deyirəm ki, özünü yığışdır, çaşma. Dünya dərəbəylik deyil».