Ermənilərin yeni kabusu
Qorxu və səksəkədə olan düşmənin gözünə hər yerdə «Spike» raketləri görünür?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı gizli klubun üzvləridir?!
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
-
“İstəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
-
Erməni əsgər anasının fəryadı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
-
Ermənilər özlərinə od vurur
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
-
“Əsgəri soymaq nə deməkdir?”
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
-
Düşmən ordusunda adam oğurluğu
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
-
3 erməninin ölümünün istintaqı
Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq
-
Ağdam və Füzuli istiqamətində cəmləşmə
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
-
Ermənistan hakimiyyəti panikada
Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana hərəkət etdi, internet və mobil telefon xidmətləri məhdudlaşdı
-
«X-55» Ağdamda endirildi
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
-
«Azərbaycan hücuma hazırlaşır»
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
-
«Orduda insidentlərin sayı artıb»
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
-
Ermənistanda zabit əsgəri vəhşicəsinə döydü
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
-
Konserv qutularından kosmosa?
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
-
Qida, geyim, yanacaq tapılmır...
Ermənistan ordusunda xaos - nəinki əsgərlər, hətta zabitlər qaçır
-
Ermənistan ordusunda əsgərlər aşağılanır
Düşmən zabitləri qoçuluq edir, dedovşina baş alıb gedir
Prezidentlərin Cenevrə danışıqlarından dərhal sonra təmas xəttində gərginliyin artan xətlə gücləndiyi müşahidə olunur. Xəbər verildiyi kimi əvvəlcə erməni tərəfi hərbi hissələrdə baş alıb gedən bespredel nəticəsində öldürülmüş əsgərlərinə görə Azərbaycan tərəfini günahlandırmağa çalışıb. Bakını prezidentlərin təmas xəttində sakitliyə riayət olunmasına dair əldə etdikləri razılaşmanı pozmaqda günahlandırıb. Hansı ki, çox keçmədən Ermənistan tərəfi özü də etiraf edib ki, ötən həftə təmas xəttində iki erməni əsgərini onların xidmət yoldaşları güllələyib. Bu insidentə görə iki erməni hərbçisi həbs olunub.
Bununla belə düşmən təmas xəttindəki vəziyyəti gərginləşdirmək xəttini götürərək ötən bazar günü Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Nəticədə bir əsgərimiz şəhid olub. Bu gün isə qondarma «dqr müdafiə nazirliyi» bildirib ki, Azərbaycan ordusu oktyabrın 22-də, bazar günü təmas xəttinin Ağdərə-Matagis istiqamətində artilleriya qurğularından və «Spike» tank əleyhinə raketindən istifadə edib. İddia olunur ki, erməni mövqelərinə 5 minaatan mərmisi və 1 «Spike» raketi atılıb. Düşmən itkiləri ilə bağlı məlumat vermir.
Virtualaz.org bu məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən sorğumuza cavab olaraq bildiriblər ki, qorxu və səksəkə içərisində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən «Spike» raketləri görünür.
«Prezidentlərin Cenevrə görüşündən dərhal sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi növbəti dəfə təmas xəttində vəziyyəti gərginləşdirmək üçün iftira dolu məlumat yayıb. Məqsəd erməni tərəfinin son təxribatlarını ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini bu cinayətlərdən yayındırmaqdır. Aprel hadisələrində Azərbaycan əsgəri nəyə layiq olduğunu düşmənə sübut etdi. İndi də ordumuz silahlanmasında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır», - MN bildirir.