vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
14:26 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2129 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiyada qız məktəbinə hücum

Qəzəbli əhali binanın şüşələrini sındırıb, maşınları yararsız hala salıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Urmiyanın İslamabad məhəlləsində «Rah-i Şohəda» qız məktəbi yerli əhalinin hücumuna məruz qalıb. Buna 12 yaşlı bir qız şagirdin məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması ilə bağlı yayılan xəbər səbəb olub. Məlumata görə, ilk öncə bir neçə şagirdin valideynləri, sonra isə ətrafdakı insanlar məktəbin qarşısına toplaşıb. Etirazçılar məktəbin şüşələrini qırıb, ona maddi ziyan vurublar. Bundan sonra məktəb məsulları ilə etirazçılar arasında qarşıdurma yaşandığı bildirilir.

Təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək əhalini məktəbdən uzaqlaşdırıblar.

Hadisədən bir neçə saat sonra məsələyə münasibət bildirən Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər bildirib ki, qız şagirdin məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması xəbəri həqiqəti əks etdirmir.

O bu barədə «İlna» xəbər agentliyinə məlumat verib.

«Bəzi sosial şəbəkələrdə yayılan xəbər doğru deyil, məktəbli qıza qarşı heç bir əxlaqsız hərəkət olmayıb. İlkin müşahidələrə görə, gözətçi kobud davranışa yol verib, lakin hər hansı əxlaqsız hərəkət olmayıb», - deyə Ə.Radfər bildirib.

Sonda vali müavini yayılan xəbərlə bağlı insanları diqqətli olmağa çağırıb. «Heç bir əxlaqsız hərəkət olmayıb, lakin bəziləri bu vəziyyətdən sui-istifadə etməyə çalışır. Ona görə də hər kəs diqqətli olmalıdır», - deyə o təkid edib.