vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MƏHKƏMƏ, İSTİNTAQ  
15:29 | 25 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

General bacısı oğlunun acı aqibəti

Konvoy korrupsionerləri haqqında 4 aylıq həbs

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində bu gün həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədliyyə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, həbs edilənlərdən biri – qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Qeyd edək ki, kriminal avtoritetlər Əli Ağaminin və «Qoca» ləqəbli Etibar Məmmədovun qaçışı geniş ictimai rezonans doğurub. Yeri gəlmişkən, məhbusların qaçışının Penitensiar Xidmətdəki konvoy korrupsiyasının nəticəsi olması barədə yazılıb.