«... Lazımdır, amma çətindir»
Trampı impiçment etmək olar, ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
«The Independent» qəzetində tanınmış Amerika jurnalisti Mişel Qoldberqin (Michelle Goldberg) «The New York Times» qəzetində çıxmış məqaləsi dərc olunub.
Jurnalist yazır ki, ötən həftə milyarder donor Tom Steyer 50 ştatda yayınlanmış televiziya reklamı ilə prezident Donald Trampın impiçmenti kampaniyasına 10 milyon dollar ayırdığını elan edib.
Bu reklamda deyilir ki, «Tramp bizi nüvə müharibəsi uçurumunun ağzına gətirib, Federal Təhlükəsizlik Bürosunda (FTB) ədalətin qarşısını alıb, Konstitusiyanı birbaşa pozaraq xarici hökumətlərdən pul alıb və həqiqəti deyən xəbər qurumlarını bağlayacağı ilə hədələyib».
Ekranda görünən Steyer deyir ki, «əgər bunlar, təhlükəli prezidentin impiçmenti üçün əsas deyilsə, onda bizim hökumətimizi nə gözləyir?»
Qoldberq yazır ki, bu, çox yaxşı sualdır və seçkili demokratların bəlkə də əksəriyyəti Tramp prezidentliyinin dəhşət olduğunu qəbul edir. Amma buna baxmayaraq onların çoxu «impiçment» sözünü dilə gətirmək istəmir.
Məqalədə deyilir ki, avqust ayında keçirilmiş rəy sorğusuna görə partiya elektoratının 72 faizi impiçmenti istəyir. Lakin hökumət məhəllələrində bu sözün işlədilməsi hələ də tabu olaraq qalır.
Tramp Madaqaskara getsəydi
Bəzi Konqres üzvləri xüsusi prokuror Robert Müllerin (Robert Mueller) apardığı araşdırmanın nəticəsini gözləyirlər və ola bilər təhqiqat başa çatanda impiçmentə meyl də güclənəcək.
Amma Mişel Qoldberqin fikrincə, hətta Müllerin araşdırması başa çatmadan da impiçment üçün kifayət qədər əsas var.
Konstitusiya prezidentlərin «xəyanət, rüşvət və başqa cinayət və qanun pozuntularına görə» impiçmentini nəzərdə tutur.
Məqalədə deyilir ki, Harvard Hüquq Məktəbinin alimi, «İmpiçment: Vətəndaşlar üçün məlumat» kitabının müəllifi Kass Sansteyn (Cass Sunstein) deyib:
«Konqresin prezidenti impiçment etməsi üçün onun cinayət törətməsi mühüm deyil. Əgər prezident, deyək ki, 6 ay müddətinə Madaqaskara tətilə gedibsə, impiçment oluna bilər. Halbuki Madaqaskara getmək cinayət deyil, amma impiçmentlik hərəkətdir».
Qoldberq yazır ki, «Tramp bədbəxtçilikdən Madaqaskara getməyib», lakin hüquq alimlərinin fikrincə, Konstitusiyanın bir neçə mühüm müddəalarını - o cümlədən bəxşişlər barədə qanunu pozub, İsrailin kəşfiyyat məlumatını ruslara verib və başqa qanunsuzluqlar edib.
Buna baxmayaraq konqresmen Brad Şermanın (Brad Sherman) impiçment barədə təşəbbüsünə cəmi bir millət vəkili qoşulub.
Demokratlara 2016-cı ildə 91 milyon dollar xərcləmiş Steyer impiçmentin indiyədək niyə baş vermədiyini anlaya bilmədiyini söyləyib.
Klintonu çoxdan impiçment etmişdilər
Goldberg yazır ki, bir çox millət vəkilləri impiçmentdən, məsələn səhiyyə və təhsil sistemi kimi daha mühüm məsələlərin olduğunu əsas gətirirlər. Digərləri isə Mayk Pens (Mike Pence) administrasiyasının daha bərbad ola biləcəyini düşünürlər.
Məqalədə deyilir ki, hətta 2018-ci ildə demokratlar Konqresdəki çoxluğu ələ alsalar belə, impiçment məsələsi dərhal gündəliyə gəlməyəcək. Bunun üçün ictimai rəyin dəyişməsi lazım olacaq.
Jurnalist hesab edir ki, məhz buna görə də Steyer kampaniyasında bütün hallarda böyük bir fayda var. Çünki o, bir hərəkata başlayır, Trampın getməsini ürəkdən istəyən, lakin bunu necə etməyi bilməyənləri bir bayraq altına toplayır.
Məqalədə bu da deyilir ki, impiçment aləti adətən demokratlara qarşı yaxşı işləyir. Müəllifin fikrincə, seçkini Hillari Klinton udsaydı, indi çox güman onun impiçmenti prosesi kəllə-çarxa çatmışdı.
Lakin konqresmen Şermanın dediklərində də bir həqiqət var. O deyir ki, Trampın özünün impiçment oluna biləcəyini bilməsi də yaxşıdır. Ən azı bu bilik onu bir çox hallarda özünü yığışdırmağa sövq edə bilər.