Azərbaycan yeni silah sınaqdan keçirdi?
Ermənistanın sərhəd kəndlərində evlər silkələndi, şüşələr sındı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ötən gün axşam Ermənistanın sərhədyanı Tavuş kəndinin sakinləri Azərbaycandan ərazisindən eşidilmiş güclü partlayış səslərindən qorxuya düşüb. Virtualaz.org yn.am erməni saytına istinadən xəbər verir ki, şübhəli partlayışlar haqda kənd administrasiyasının rəhbəri Levon Qriqoryan bildirib.
«Dünən axşam təxminən yarım saat ərzində 4-5 dəfə güclü partlayışlar eşidildi, lakin kəndə heç bir təhlükə yoxdur. Mənim məlumatıma görə partlayışlar Azərbaycan tərəfdə olub. Lakin bunun nə partlayışlar olduğunu bilmirəm. Bizim mövqelərimizə gəldikdə, onlar heç bir cavab tədbiri görmədilər», - Levon Qriqoryan bildirib. Kənd başçısı deyib ki, partlayışların gücündən evlər silkələnib, bəzi evlərin pəncərələri sınıb.
Partlayış səsləri digər sərhədyanı erməni kəndlərində də eşidilib, lakin evlərə ziyan dəyməyib. Yerli sakinlərin bildirdiyinə görə, Azərbaycan ordusu bu ərazilərdə hansısa yeni silahını sınaqdan keçirib.