Bağça, məktəb və yarımçıq binalarda məskunlaşanlar...
Cocuq Mərcanlıya ikinci köçə start verilir
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Xatirələr” Cocuq Mərcanlıda
Tələbə dram dərnəyi işğaldan azad olunan kənddə tamaşa nümayiş etdirib
-
Kapital Bank Cocuq Mərcanlıda!
Ölkənin ən böyük bankı “Bura Vətəndir” kampaniyası keçirir
-
Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq
-
Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizdə
Türkiyə səfirliyinin mədəniyyət attaşesi İrfan Ciftçi də «Canımız Qarabağ, yazımız Qarabağ-2» layihəsində iştirak edib
-
Cocuq Mərcanlı səfəri
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
-
Prezidentin Cocuq Mərcanlı səfərinə sözardı...
İlham Əliyevin beynəlxalq aləmə verdiyi 2 mühüm mesaj nədir?
-
Prezident Cocuq Mərcanlıdakı işləri yetərli saymır
İlham Əliyev kənddəki bərpa işlərinin davam etdirilməsi üçün 9 milyon ayırdı
-
«Azərbaycan bayrağı Şuşada da qaldırılacaq»
İlham Əliyev: «Bu işğal böyük ədalətsizlikdir»
-
Prezident Cocuq Mərcanlıdan mesajlar verdi
Ermənistan-Azərbaycan münaqişəsinin SSRİ-ABŞ soyuq müharibəsi ilə müqayisəsi qüsurludur
-
Prezident Cocuq Mərcanlıya gedəcək
Köçürüləcək 50 ailənin daşınma xərclərini «Dövlətqaçqınkom» ödəyəcək
-
Bu yol Şuşaya gedir
Cocuq Mərcanlı kəndiyə çəkilən avtomobil yolunun tikintisi artıq son mərhələdədir
-
Cavid Qurbanovdan şəhidinin anasına jest
Cocuq Mərcanlı qəhrəmanının ailəsinin evi təmir olunacaq
-
«Gözləri ilə görüblər»
«Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur»
-
ABŞ səfirinin sıfır davranışı
Robert Sekuta Qarabağda azad olunan kəndə getməkdən imtina etdi
-
«O günü səbirsizliklə gözləyirik»
Cocuq Mərcanlı sakini: «Prezidentin imzaladığı son sərəncam ümidlərimizi doğrultdu»
-
Ürəyimizdə dağa dönən Lələ Təpə
Heç bir filmdə görmədiyiniz, kitablarda oxumadığınız müharibə həqiqətləri haqda döyüş yazısı...
Cəbrayılın Cocuq Mərcanlı kəndində daha 100 ailənin köçürülməsi üçün işlər tam başa çatmaq üzrədir. Bu barədə Modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.
Kənd rəsmisi bildirib ki, 100 evin tikintisi tam başa çatdırılıb: «Yeni evlər birinci mərhələdə tikilən evlərin arxasından başlayaraq tikilib. Su, qaz və işıq xətləri çəkilib. Sadəcə sayğaclar quraşdırılmayıb. Qapı-pəncərələr, lüstrlər, seyf qapılar qoyulub. Kənddə uşaq bağçasının bütün avadanlıqları yüksək səviyyədə quraşdırılıb, klub icma mərkəzi, Tibb Mərkəzi və xəstəxana hazırdır, sadəcə avadanlıqlar qalıb. Çox güman ki, on günə şirkətlər işləri tam təhvil verəcəklər».
X.Zeynalov ikinci mərhələdə hansı ailələrin köçürüləcəyinə də aydınlıq gətirib: «İlkin olaraq, əsasən Bakı və Bakıətrafı qəsəbələrdə, yarımçıq tikililərdə, uşaq bağçalarında, məktəblərdə məskunlaşan məcburi köçkünlərə üstünlük veriləcək».
O qeyd edib ki, ilkin mərhələdə köçürülən ailələrə mənzillərin «kupça»sı hələ də verilməyib: «Bizə əvvəlcədən də deyilmişdi ki, «kupça»lar ikinci mərhələdə köçürüləcək sakinlərlə birlikdə veriləcək».
Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.