vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
17:01 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 2327 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Russia Today» «Twitter»i ittiham edir

«Reklam alanlar bir, satanlar isə başqa dəyərlərə sahibdirlər»

Rusiyanın «RT» telekanalı «Twitter»in seçki reklamları üçün ona verdiyi təklifin mətnini dərc edib. Bu mətndən sosial media şirkətinin 2016-cı ilin ABŞ seçkisi ərəfəsində milyonlarla dollar qazanmaq məqsədilə Rusiyanın bu dövlət mediasına reklam təklifi verdiyi görünür.

Bu təklif mətni dərc olunandan bir gün əvvəl «Twitter» keçmiş adı «Russia Today» olan «RT» şəbəkəsindən maliyyələşdirilən heç bir reklamı verməyəcəyini elan etmişdi.

«Twitter» bu qərarını onunla əsaslandırıdı ki, ABŞ millət vəkillərinin fikrincə «RT» və «Sputnik» şəbəkələri seçkiyə təsir göstərmək məqsədi ilə çox sayda siyasi reklam alıb və onlardan Amerika xalqı arasına ədavət salacaq mövzuların qaldırılmasında istifadə edib.

Amma indi belə görünür ki, reklam satışı üçün təşəbbüs əslində Rusiya medialarından yox, «Twitter»in özündən gəlib. «RT»nin dərc etdiyi mətndən «Twitter»in bu mediaya reklam satmaq üçün necə canfəşanlıq etdiyi təsəvvürü yaranır.

Bu son xəbər ABŞ hökumətinin «Facebook», «Google» və «Twitter»in Rusiya qurumlarına siyasi reklam satmasının səbəblərini araşdırdığı bir vaxta təsadüf edir. Bu üç şirkətin nümayəndələri noyabrın 1-də ABŞ Konqresi və Senatında millət vəkillərini maraqlandıran suallara cavab verməli olacaqlar.

Sentyabr ayında «Facebook» Rusiyadan qaynaqlanan təsir əməliyyatının onun reklamlarına 100 min dollar xərclədiyini aşkar etdiyini bildirmişdi. «Twitter» və «Google» şirkətləri də buna bənzər açıqlamalar vermişdi.

Bu reklamlara xərclənən pulun məbləği nisbətən az olsa da, sosial media şirkətlərinin siyasi reklam satışı üçün məsuliyyəti məsələsini gündəmə gətirib.

«George Washington» Universiteti Media və İctimai İşlər Məktəbinin professoru David Karpf deyib ki, o bu rəqəmsal reklamların seçki nəticəsinə ciddi təsir göstərdiyinə o qədər də inanmır.

Amma buna baxmayaraq alim əlavə edib: ««Watergate» otelinə girən adamlar seçkinin nəticəsinə təsir göstərməmişdilər, amma buna cinayətkar bir şəkildə cəhd edilməsinin aşkarlanması prezidentliyi bitirimişdi».

Bu həftə «Twitter» və «Facebook» öz platformalarında reklam verilməsi işini şəffaflaşdıracaqlarını elan ediblər.

«Twitter» ötən cümə günü elan edib ki, öz platformasında «şəffaflıq mərkəzi» yaradacaq. İctimaiyyət bu mərkəzdən hansı reklamların satıldığı, hansı müddətdə istifadə olunduğu və onların mətnləri barədə informasiya ala biləcək.

Bundan başqa spesifik namizədlərin adını çəkən siyasi reklamların hansı təşkilatlar tərəfindən maliyyələşdirildiyi, bu reklama nə qədər pul xərcləndiyi də açıqlanacaq.

Belə reklamlar «Twitter»də çap olunduqda onların üstündə siyasi hesabdan maliyyələşdirildiyinə dair məlumat olacaq.

Ötən cümə günü «Facebook» da buna bənzər bəyanat verərək bildirib ki, siyasi reklamları verənlərin kimliyi və yeri soruşulacaq. Kimlik və məkan dəqiqləşdirildikdən sonra bu reklamların baş tərəfində ödənişli olduğu barədə məlumat veriləcək.

«Facebook» habelə ictimaiyyətə onun «Messenger» və «Instagram» kimi platformalarında verilən reklamların görülməsinə imkan yaradacaq.

Karpf şəffaflıq tədbirlərini «ilk yaxşı addım» adlandırıb, lakin deyib ki, siyasi reklamlama sahəsinin tənzimlənməsi üçün daha çox tədbirlərin görülməsi zəruridir.

Lakin Virciniya Universitetinin media araşdrmaları professoru Siva Vaidyanatan (Siva Vaidhyanathan) deyib ki, şəffaflıq aləti problemin kökünü həll etmir.

Onun sözlərinə görə bu platformaların dizaynı onlardan millətçi, antidemokratik və avtoritar qrupların öz məqsədləri üçün istifadə etməsinə imkan yaradır.

Professorun sözlərinə görə hədəfli reklamların üzərinə ciddi qadağanlar qoyulmalıdır, lakin ABŞ hökuməti çətin belə bir addım atsın.

Problemin bir hissəsi də bundan ibarətdir ki, siyasi reklamlarla siyasi reklam mahiyyəti daşıyan postları çox vaxt bir-birindən ayırmaq mümkün olmur, çünki onlar eyni post xəttində verilir.

«Məsələ burasındadır ki, reklam alanların hamısı müəyyən missiya və dəyərlərə, reklam satan platformaların sahibləri isə başqa dəyər və məqsədlərə malikdirlər və onların heç biri bunda problem görmür», - deyib ekspert.