vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNEY  
20:39 | 31 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq siyasi məhbusun rəsm sərgisi ləğv edilib

Mustafa Pərvin daha əvvəl həbs və şallaq cəzasına məruz qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdəbilin Mədəniyyət və İslami İrşad idarəsi oktyabrın 30-da fəaliyyətə başlayacağı planlaşdırılan türk fəal və rəssam Mustafa Pərvinin rəsm sərgisini ləğv edib.

Mustafa Pərvin İran Azərbaycanında keçirilən etiraz aksiyaları və siyasi məhbuslara dəstək kampaniyalarına qatılmaq kimi fəaliyyətləri səbəbilə keçmişdə həbs və şallaq cəzaları ilə qarşılaşıb.

HRA agentliyi və Günaz.TV-nin yayımladığı məlumata əsasən, sərginin ləğvi rəssamın keçmişdə həbsdə olması və göstərdiyi siyasi fəaliyyətlərlə bağlıdır.

Amerikanın Səsinin rəssamın yaxınlarından əldə etdiyi məlumata görə, sərgi təhlükəsizlik qurumunun göstərişi ilə ləğv edilib.

Mustafa Pərvinin əsərlərinin 30 oktyabr ilə 3 noyabr tarixləri arasında mədəniyyət idarəsinin Fədək Qalereyasında nümayişə qoyulacağı gözlənilirdi.

İnternet portalları və sosial mediada yayımlanan şəkillərə əsasən, Pərvin həmin qalereyanın önündə əlində plakatlarla sərginin ləğvinə etirazını nümayiş etdirir.