«Cavab verməli olacam»
Leyla Şıxlinskayaya qarşı «2 milyon manat vergidən yayınma» iddiasıyla cinayət işi qaldırıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Onları Tanrının ümidinə buraxaq?
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
-
“Yoxlamalara ehtiyac qalmayacaq”
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
-
Sadələşdirilmiş vergi niyə sıradan çıxarılır?
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
-
Ali Məhkəmə qanunsuzluğa qarşı
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
-
Yeni məcəllədə yeniliklər ...
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
-
DSMF ödənişlərində fərq olacaq
Yeni “Vergi Məcəlləsi”nə sözardı
-
Vergilər Nazirliyindən 14 nəfər qovuldu
Sahibkarlara divan tutan vergi məmuru da...
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Nağdlaşdırma vergisi qanunsuzdur
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Eks nazirin yeznəsinin Türkiyədə biznesi ortaya çıxdı
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
-
Mikayıl Cabbarov köhnələrə etibar etmir?
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
Xalq artisti, balerina Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyon manatdan çox vergidən yayınması faktına görə cinayət işi qaldırılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı cinayət işi istintaq aparılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. Bu haqda femida.az bildirir.
Virtualaz.org-a məlum olub ki, cinayət işi təxminən 20 gün əvvəl qaldırılıb. Xatırladaq ki, «Leyla Şıxlinskaya» klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova virtualaz.org saytına müsahibəsində klinikada tətbiq edilən qara mühasibatlıq və pulların vergidən yayındırılması barədə sensassion faktlar açıqlamışdı. Ş.Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Bundan sonra Şıxlinskaya onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək keçmiş baş mühasibin klinikanın «qara kassasından» 1 milyon manat oğurlamaqda ittiham edib.
Həmin şikayət əsasında əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq aparıb, lakin tutarlı dəlillər olmadığından istintaq dayandırılıb. Daha sonra Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Leyla Şıxlinskayanın şikayəti əsasında istintaqı yenidən bərpa edib, ancaq keçmiş baş mühasib və işdə adı keçən digər əməkdaşlar onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.
Habelə Ş.Abbasova həm istintaqa ifadəsində, həm saytımıza müsahibəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi «qara kassa»da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb. Söhbət klinikanın fəaliyyət göstərdiyi 17 il ərzində tətbiq edilən qara mühasibatlıqdan gedir. Və həmin irimiqyaslı vergidən yayınma faktına görə hüquq-mühafizə orqanları nəhayət cinayət işi qaldırıblar. Oğurluq ittihamına görə isə keçmiş baş mühasib də daxil olmaqla klinikanın bir neçə əməkdaşının barəsində qaldırılmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.
Leyla Şıxlinskaya «Qafqazinfo»ya açıqlamasında klinikanın iri məbləğdə vergidən yayınmasına görə cinayət işi qaldırıldığını dolayısı ilə təsdiqləyib: «Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiniz. Mən ancaq o orqanların açıqlamasına cavab verə bilərəm. İndi məhkəmə başlayır. Baxaq görək nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər».