Birinci vitse-prezident İtaliya Senatının sədr müavinini qəbul edib
Mehriban Əliyeva Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
“Mükəmməl çıxış etdiniz”
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
-
“Vaxt itirmədən istehsalı artırmalıyıq”
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
-
“Hərə yorğanı öz tərəfinə dartırdı”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
-
“Dövlət bir manat da pul qoymur”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
-
“Ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizə göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirdi. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd etdi.
Əməkdaşlığımızın bir çox sahələri – siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələrimizin inkişaf etdiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğuladı, «Cənub Qaz Dəhlizi» layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi.
İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini, eyni zamanda, potensialın daha böyük olduğunu xatırladan Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminliyini ifadə etdi. Bildirdi ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşa bilər.
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
İtaliya Senatının sədr müavini Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğuladı.