vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
22:09 | 3 noyabr 2017 | Cümə Məqaləyə 2818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Humanistlikdə birincilik davamı edir

Məşhur bəstəkarın müalicə xərcini Heydər Əliyev Fondu ödəyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəstəkar Tahir Əkbərin müalicə xərcləri Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fond tərəfindən ödəniləcək.

Bu barədə bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər məlumat verib. O bildirib ki, Tahir Əkbər 1 saylı Şəhər Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə köçürülüb.

«Tahirin vəziyyəti ağır olaraq qalır. Həkimlər çalışırlar ki, vəziyyəti stabil saxlasınlar. Müalicə xərclərini Mehriban xanım öz üzərinə götürüb. Ümidlə onun sağalacağını gözləyirik».

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər bir neçə gün öncə insult keçirib.