vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SOSİAL  
13:01 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2911 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pensiyaçıların diqqətinə!

«Artıq Siz plastik kartlarınız vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəksiniz»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Pensiyaçılar plastik kartlar vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəklər». ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehtiyev bu gün keçirilən “Pensiya+” xidmətinin istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi zamanı deyib. Sədr bildirib ki, yeni layihə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədini daşıyır:

«Pensiyaçılar bizim onların plastik kartlarına ünvanladığımız vəsaitlərini istifadə etdikdən sonra ilkin olaraq 100 manat məbləğlərində kredit götürə biləcəklər. Bu krediti heç bir əlavə xərc ödəmədən əldə edəcəklər. Bu kredit xətlərində növbəti pensiya haqqını alanadək faizsiz istifadə edəcəklər. Bu məbləğ isə yalnız posterminallar vasitəsi ilə istifadə olunacaq. Yəni nəğd qaydada bu pulu gedib bankomatdan çıxarmaq mümkün olmayacaq. Bu şərtin başlıca məqsədi nəğdsiz ödənişin təyinatına uyğun qurulması və plastik kartlardan istifadəyə təşfiq etməkdir». 

E, Mehtiyev həmçinin bildirib ki, yeni layihə vasitəsi ilə pensiyaçıları plastik kartlar və posterminallardan istifadəyə cəlb etmək mümkün olacaq: «İlkin olaraq layihə Bakı və Sumqayıt ərazisi üzrə şamil ediləcək. Gələcəkdə isə bu xidmətdən digər region pensiyaçıları da istifadə edə biləcəklər. Bu xidmətə qoşula bilmək üçün müvafiq bankla pensiyaçılar arasında müqavilə bağlanmalıdır. Gələcəkdə bu sistem kommunal, nəqliyat və digər sahələri də əhatə edəcək».