Rabitə Nazirliyinin keçmiş rəhbərlərinin cəzası azaldıldı
Dörd nəfər isə məhkəmə zalından azad olundu
Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Virtualaz.org-un məlumatına görə, Hakimlər Kollegiyasının qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.
Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybaleyev barəsində isə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.