vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
22:10 | 8 noyabr 2017 | Çərşənbə Məqaləyə 2125 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türk xalqı böyük güclərin planını boşa çıxardı»

Əli Həsənov: «Bu dirəniş xalqımızın qəlbində kök atıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Böyük güclər bir zaman Türkiyənin Ermənistanın sərhədinin açılmasına çalışdı. Dağlıq Qarabağın, Azərbaycan torpaqlarının işğal altında olduğu bir dönəmdə bu, yolverilməz idi».

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə Çukurova Bələdiyyələr Birliyinin nümayəndə heyəti ilə görüşdə deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan o dövrdə bu böyük güclərin təzyiqinə yetərli reaksiya verməyən Türkiyənin bəzi dövlət xadimlərindən də inciyib: «Ancaq türk xalqı bu məsələdə dirənişini ortaya qoydu və böyük güclərin planı boşa çıxdı. Türk xalqının dirənişi xalqımızın qəlbində kök atıb. Bu sevgini Azərbaycan xalqı heç vaxt unutmayacaq. Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, xalqın iradəsi Türkiyə-Azərbaycan münasibətlərini müəyyənləşdirir. Azərbaycan xalqının qəlbində Türkiyəyə böyük məhəbbət var».