Azərbaycan borusu ilə Avropaya Rusiya qazı?
«Qazprom» qazını satmaq üçün nəinki xahiş, hətta minnət də edir...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əliyev Vyana qapılarına çatır
Təklənirsiniz, müsyölər!
-
Əliyevin siyasi iradəsinin nəticəsi ...
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
İkinci boru kəmərinə ehtiyac yaranacaq
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
-
Avropa qaz TAPdı
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
-
“Sıfır da olmasa, sıfıra yaxındır”
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
-
Zəncirin mərkəzi hissəsi - TANAP
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
-
Azərbaycan qazı Avropanın sərhədində
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
-
Boruların 99 faizi torpağa basdırılıb
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
-
86,5 faiz yekunlaşıb
TAP-dan xəbər var ...
-
“Qazprom”da intihar
Aparıcı mütəxəssis özünü göydələndən atdı
-
Bakıda nazirlərin V iclası
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edib
-
Bleyer Bakı üçün lobbiçilik edir
Böyük Britaniyanın keçmiş baş naziri İtaliyada “ilişən” Azərbaycan qaz borusuna görə danışıqlara başlayır
-
Cəmi 2 km qalıb
TAP Albaniyada ən böyük xarici sərmayədir
-
Cənub-Qaz Dəhlizi sanksiyalardan yan keçdi
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
-
“TAP-ı işə salmağa hazırıq, amma...”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Tikintisi planlaşdırılan İGİ «Poseidon» Yunanıstan-İtaliya magistral qaz kəməri konsorsiumunun səhmdarları Azərbaycan qazını Avropaya çatdırmaq üçün tikilməkdə olan TAP kəmərindən istifadə imkanlarını nəzərdən keçirir. Konsorsium nəzərdə tutur ki, bu kəmərlə təkcə Azərbaycan qazı yox, Rusiya qazı da nəql edilə bilər.
Virtualaz.org xəbər verir ki, bu barədə İGİ Poseidon konsorsiumunun rəhbəri E.Rudjeri bu gün noyabrın 9-da Milanda keçirilən «European Autumn Gas Conference»in kuluarlarında deyib. Rudjerinin açıqlamasını neftegaz.ru saytı dərc edib.
Onun sözlərinə görə, hazırda «Qazprom» şirkəti «Türk axını» qaz kəmərinin tikintisini aparır. Bu kəmər iki qoldan ibarət olmalıdır. Birinci qol Türkiyəyə ildə 15 milyard kubmetr Rusiya qazının nəqli üçün nəzərdə tutulub, kəmərin Rusiya hissəsinin çəkilməsi bu günlərdə başa çatıb.
İkinci qol isə Türkiyə ərazisindən Yunanıstanın Kipi məntəqəsinə qədər uzanmalıdır, oradan isə «Poseiodon» kəmərinə qoşulmaqla Rusiya qazını Yunanıstan və İtaliyaya çatdırmalıdır. «Poseidon» kəmərini Rusiya dəstəkləyir. Maraqlıdır ki, Azərbaycan qazının nəqli üçün tikilən TANAP kəməri də məhz həmin məntəqənin yaxınlığında TAP-a birləşdiriləcək. Türkiyə ərazisində isə TANAP «Botaş» şirkətinin nəzarətində olan qazpaylayıcı kəmərlər sisteminə qoşulacaq. «Türk axını» kəməri də təbii ki, bu sistemə qoşulmalıdır.
E.Rudjeri bildirib ki, ola bilsin təchizatçılar Avropaya çatdırmaq üçün «Botaş» sistemindən qaz almaq istəyəcəklər. Nəticədə Rusiya qazının Avropaya çatdırılması üçün TAP magistral kəmərindən istifadə etmək mümkün olacaq.
TAP-da isə kəmərin «Qazprom» tərəfindən mümkün istifadəsinə dair şərh verməkdən imtina ediblər. Təkcə onu bildiriblər ki, şirkət kəmər tikiləndən sonra sərbəst nəql gücünü bazara təklif edəcək. TAP kəməri ilə ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. Bu həcmin 1.5 milyard kubmetri Yunanıstana, 1 milyard kubmetri Bolqarıstana, 8-8.5 milyard kubmetri isə İtaliyaya çatacaq.
TAP kəmərindən istifadəni «Qazprom»da da istisna etmirlər. Rusiya şirkətində hesab edirlər ki, Azərbaycanın qaz ehtiyatlarını TAP-ı doldurmağa bəs etməyəcək, nəticədə Rusiya qazına ehtiyac yaranacaq.
Bu ilin yanvarında İtaliyanın «Snam» şirkətinin prezidenti F.Ermoli bildirmişdi ki, TAP kəmərinin nəql imkanlarını Rusiya qazının Avropaya nəqli üçün genişləndirmək asandır. Ona görə də Rusiya artıq xərc çəkib «Poseidon» kəmərini çəkməməlidir. Ermolinin sözlərinə görə, TAP istənilən müştərinin, o cümlədən «Qazprom»un qazını nəql edə bilər. Çünki nisbətən minimal investisiya hesabına kəmərin nəql gücünü ildə 20 milyard kubmetrə çatdırmaq mümkündür.