vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
15:00 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səhiyyədə «dedovşina»?!

Tibb bacılarına maşınını yudurdan baş həkim danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bəli, o maşın mənimdir. Onu kiminsə yumasında qəbahətli heç nə yoxdur. Maşını yuyan xanımlar da tibb bacısı deyil, həmin xəstəxanada çalışan xadimələrdir». Bu sözləri «Axar.az»a açıqlamasında fotodakı 90 KT 887 dövlət nömrə nişanlı «Toyota» markalı maşının sahibi olan Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə dedi. O bildirdi ki, fotodakı xadimələr öz istəkləri ilə maşını yuyurlar.

«Onlar maşını öz arzuları ilə yuyurlar. Adları Nizar və Rozadır. Burda nə var ki?» Baş həkim onu da dedi ki, fotodakı oğlan onun sürücüsü deyil: «Mənim sürücüm yoxdur. Yaxşı sürücü olsa, götürərəm. Onu da deyim ki, özüm könüllü olaraq bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm. Həm də Yeni Azərbaycan Partiyasının Şura üzvü və YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvüyəm. Bu məsələni bu qədər şişirtməkləri anlaya bilmirəm». Xatırladaq ki, gördüyünüz fotoşəkil sosial mediada böyük marağa səbəb olub. Sosial şəbəkədə əməkhaqlarının azlığından şikayətlənən tibb bacılarına Baş həkimin maşınını yuduzdurmaqla əlavə pul verməsi məsələsi müzakirə olunur.