vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
17:58 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mehriban Əliyevaya yeni köməkçi təyin edildi

Gündüz Kərimov kimdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya yeni köməkçi təyin edilib. Prezident Administrasiyasının rəsmi saytı xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin olunub.

Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.

«Qafqazinfo» xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, «Baker McKenzie» və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.