vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
14:47 | 17 noyabr 2017 | Cümə Məqaləyə 2471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin Qarabağ probleminin həllinə inanmır»

Ərdoğan: «Müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə saat bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya, Küveyt və Qətər səfərlərinin yekunları barədə danışıb. Virtualaz.org xəbər verir ki, jurnalistlərlə söhbətində Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyi Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunub.

«Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etdik, - «Star» nəşri Ərdoğanın sözlərindən iqtibas gətirir. – Rusiyanın Ermənistana təsir gücü var. Daha öncə qəbul edilmiş və işğal olunmuş yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar mövcuddur (Ərdoğan BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tutur – virtualaz.org). Biz bunun üzərində dayandıq ki, həmin qərarlar icra edilməlidir. Cənab Putin müsbət yanaşır, lakin başa düşdüyümə görə, xüsusi ümid bəsləmir. Düşünürəm ki, onun ümidsizliyi iki ölkə arasında münasibətlərlə bağlıdır».

Qeyd edək ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə gün bundan əvvəl baş tutub. Prezidentlər və onların mətbuat xidmətləri görüşlərin Dağlıq Qarabağ münaqişəsi üzrə nəticələrini şərh etməyiblər, halbuki Ərdoğan Azərbaycan üçün çox vacib olan bu mövzunun müzakirəsini anons etmişdi. Noyabrın 22-də Rusiya və Türkiyə prezidentləri yenidən Soçidə görüşəcəklər.